Accessibility links

Tunisdə yeni hökumətin təşkili səyləri davam edir (Yenilənib)


Tunisdə yeni hökumətin təşkili səyləri davam edir (Yenilənib)
Tunisdə yeni hökumətin təşkili səyləri davam edir (Yenilənib)

Tunisin paytaxtında keçmiş avtoritar prezident Zine El Abidine Ben Alinin ölkəni tərk etməsindən iki gün sonra atışma baş verib. Verilən məlumatlarda deyilir ki, Tunis ordusu ilə hakimiyyətdən getmiş prezidentə sadiq prezident qvardiyasının üzvləri arasında döyüş gedir. Bu gün prezident qvardiyasının başçısı ölkənin yeni rəhbərliyi əleyhinə qəsdə görə həbs edilib. Müvəqqəti hökumətin prezidenti kimi şənbə günü and içən parlamentin spikeri Fuad Mebazza baş nazir Məhəmməd Ğannuçidən birlik hökumətini təşkil etməsini istəyib. Yeni hökumətin tərkibinin bazaar ertəsi günü elan ediləcəyini gözlənilir. Mebazza iki ay ərzində demokratik seçkilərin keçirilməsinə çağırıb. Lakin iyirmi ildən çoxdur avtoritar rejimdən sonra Tunisin demokratiyaya nə dərəcədə hazır olduğu aydın deyil. Cənab Ben Ali hökumət səviyyəsində korrupsiya və işsizlik problemlərilə əlaqədar bir neçə həftə sürən küçə nümayişləri və iğtişaşlardan sonra cümə günü ölkəni tərk edib. Onun ailə üzvlərilə birlikdə hazırda Səudiyyə Ərəbistanında olduğu bildirilir.

XS
SM
MD
LG