Accessibility links

Tunis prezidentinin partiyası hökumətdən çıxır



Tunis prezidenti Monsef Marzukinin dünyəvi partiyası keçən həftə müxalifət lideri Şukri Belaidin qətlindən sonra yaranmış vəziyyətə nəzarət etməsilə əlaqədar narazılığa görə islamçıların başçılıq etidyi koalisiya hökumətindən çıxacağını bildirib.

Tunisdə son on illər boyu ilk siyasi qətl hadisəsi hökumətdə qarışıqlar yaradaraq, üstünlükdə olan Ennahda partiyası və onun dünyəvi rəqibləri arasında uçurumu dərinləşdirmişdir.

Mərkəz solçu Respublika uğrunda Konqres partiyasının rəsmisi xarici işlər və ədliyyə nazirləri dəyişmədiyi halda, qrupun hökumətdən çıxacağı ilə bağlı xəbərdarlıq edib. Partiya iki nazirin fəaliyyətini tənqid edib. Xarici İşlər naziri Rafik Əbdüssalem Ennahda partiyasının lideri Raşid Qannuçinin kürəkənidir.

Ennahda Tunisdə ilk seçkilərdə üstünlük əldə etmişdi. Cənab Marzukinin partiyası və dünyəvi Ettekatul partiyası hökumətdə yerlər qazanmışdı.
XS
SM
MD
LG