Accessibility links

Tunisin devrilmiş lideri ömürlük həbs cəzası aldı


Prezident Ben Əlinin devrilməsi küçə ticarəti etmək istəyən Məhəmməd Buəzizinin özünü yandırmasından sonra başlandı
Prezident Ben Əlinin devrilməsi küçə ticarəti etmək istəyən Məhəmməd Buəzizinin özünü yandırmasından sonra başlandı

Tunis məhkəməsi devrilmiş lider Zine el-Abdin Ben Əlini ötən il baş vermiş üsyan zamanı nümayişçiləri qətlə yetirmək əmrini verdiyinə görə ömürlük həbs cəzasına məhkum edib. Tunisdə baş qaldıran üsyan Şimali Afrika və Yaxın Şərqdə bir sıra avtoritar ərəb hökumətlərinin devrilməsi ilə nəticələndi.

Kef şəhərinin məhkəməsi hazırda Səudiyyə Ərəbistanında mühacirətdə yaşayan sabiq lideri həbs cəzasına məhkum edib.

Tunis inqilabı 2010-cu ilin dekabrında başladı. Bir ay sonra ölkənin avtokratik lideri qaçmağa məcbur oldu. Bu üsyanın ardınca Ərəb Baharı kimi tanınan silsilə inqilablar baş verdi.

XS
SM
MD
LG