Accessibility links

Tunislilər Ərəb Baharının ildönümünü qeyd edir [Video]


Tunislilər Ərəb Baharının ildönümünü qeyd edir
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Bazar günün tunislilər bir sıra etiraz aksiyaları nəticəsində 2011-ci ilin yanvarın 14-də ölkənin qəddar rejiminə son qoyulmasının ildönümünü qeyd edib. Yeddi il öncə orada başlayan hadisələr qonşu ölkələri öz avtoritar rejimlərinə qarşı çıxmağa həvəsləndirdi və bu hərəkat Ərəb Baharı kimi tanındı. Lakin hakimiyyət dəyişikliyi adi tunislilərin yaşayış standartlarını yaxşılaşdırmayıb.

Biz inqilabın məqsədlərinə çatmaq üçün mübarizə aparmağa davam edirik, əsasən də iqtisadi və sosial məqsədlərə. Hazırda hakimiyyətdəki ittifaq bizim xalqımızı, ölkəmizi məhv edir. Tunisin yeni iqtisadi və sosial seçimlərə ehtiyacı var. Bizim ölkənin ləyaqəti və azadlıqları üçün bu qədər mübarizə aparan xalqın arzularını yerinə yetirmək üçün yeni siyasi yönə ehtiyacımız var.
Həmma Həmmami

Tunisdə bir həftədir etirazlar davam edir. Buna səbəb hökümətin 2018-ci il kəmər sıxma siyasətinin bir hissəsi olaraq vergiləri və bir çox məhsul və xidmətlərin qiymətlərini artırması oldu. Etirazçılar iddia edir ki, iqtisadi vəziyyət keçmiş prezident Zin Əl-Abidin Ben Əlinin devrilməsindən bəri yaxşılaşmayıb.

“Biz inqilabın məqsədlərinə çatmaq üçün mübarizə aparmağa davam edirik, əsasən də iqtisadi və sosial məqsədlərə. Hazırda hakimiyyətdəki ittifaq bizim xalqımızı, ölkəmizi məhv edir. Tunisin yeni iqtisadi və sosial seçimlərə ehtiyacı var. Bizim ölkənin ləyaqəti və azadlıqları üçün bu qədər mübarizə aparan xalqın arzularını yerinə yetirmək üçün yeni siyasi yönə ehtiyacımız var,” deyə Tunis Xalq Cəbhəsinin lideri Həmma Həmmami bildirir.

Ben Əli ölkədən qaçandan bəri Tunisdə bir neçə hökümət dəyişikliyi olub, lakin onların heç biri iqtisadiyyatı yaxşılaşdıra bilməyib. Bunun səbəblərindən biri odur ki, terror təhlükəsi xarici investorları qorxudur və Tunisin turizm sektoruna ziyan vurur. Etirazçılar deyir ki, qiymətləri artırmaq çözüm deyil.

“Bu hökümət nəyə nail olub? Onların tapdıqları ən asan həll yolu qiymətləri artırmaq oldu. Amma səbət boşdur,” fəlsəfə professoru Foued Əl-Ərəbi söyləyir.

Tunis prezidenti xarici media agentliklərini etirazların həcmini şişirtməkdə günahlandırıb. Bazar günü o, paytaxtın ən yoxsul məhəllələrini ziyarət edib və hökümətin gənclər üçün iş yerləri açağacağına söz verib.

Tunis
Tunis

“Bizim 620 min işsiz insanımız var. Onlardan 250 mininin ali təhsilləri olsa da, işləmir. Bir, iki, üç, dörd, beş il keçib. Biz deyirik ki, Allah izin versə, bu il biz diqqəti gənclərə yönəldəcəyik,” deyə Tunis prezidenti Beji Kaid əs-Səbsi bildirir.

Yanvarın 8-də Tunis boyu bir çox şəhər və kəndlərdə hökümətin beynəlxalq donorlar ilə əldə etdiyi razılıq əsasında büdcə kəsirlərini aradan qaldırmaq məqsədilə vergi və qiymətləri artırmasına cavab olaraq etirazlar başlayıb. 700-dən çox nəfər həbs edilib. Hökümət rəsmiləri onların həbs olunma səbəbinin zorakılıq və vandalizm olduğunu bildirib. Təhlükəsizlik qüvvələri ilə yaşanan qarşıdurma zamanı bir etirazçı həyatını itirib.

XS
SM
MD
LG