Accessibility links

Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yeni sədri seçilib


Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri dəyişib. İcmanın dekabrın 20-də keçirilən qurultayında Tural Gəncəliyev yeni sədr seçilib. Bu barədə Amerikanın Səsinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasından bildiriblər.

Qurultay Asif Cahangirov və Elçin Əfəndiyevi sədrin müavinləri seçib.

İcmanın bundan öncəki sədri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov icmanın idarə heyətinin üzvü seçilib.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədə əsasən yaradılıb

Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkili - Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

İcmanın rəsmi saytının məlumatına görə, icma 65 min nəfərdən çox üzvü birləşdirir.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.

Keçmiş Azərbaycan Sovet Sosialist Resublikasının 1923-cü il iyulun 7-də verilmiş dekretinə əısasən Azərbaycan Respublikasının ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Vilayətin əhalisinin əksəriyyəini erməni və azərbaycanlılardan ibarət Azərbaycan vətəndaşları təşkil edib.

Dağlıq Qarabağ -xəritə
Dağlıq Qarabağ -xəritə

1970-ci ildə aparılan rəsmi siyashıya almaya görə, Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olub.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırki status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG