Accessibility links

Türkiyə və ABŞ Suriyada təhlükəsizlik zonasına dair müzakirələr keçirib


Türkiyə və ABŞ-ın hərbi rəsmiləri Suriyanın şimal-şərq bölgəsində təhlükəsizlik zonasının yaradılmasına dair müzakirələr keçirib. Müdafiə nazirlərinin görüşü Ankarada baş tutub.

Türkiyə ABŞ-la koordinasiyalı şəkildə Suriyanın Fərat çayının şərq hissəsinin 30-40 kilometrliyinə nəzarət etmək və Suriyanın kürd döyüşçülərinin bu zonada olmamasını istəyir. Belə ki, Türkiyə onları ölkə ərazisində müstəqillik əldə etməyə çaışan terrorçularla əlaqədə günahlandırır.

ABŞ qüvvələri isə İslam Dövlətinə qarşı vuruşan kürd qüvvələrlə birgə Suriyanın şimal-şərq bölgəsinə yerləşdirilib.

Son həftələr müzakirələr Türkiyə prezidenti Rcəb Tayyib Ərdoğanın yeni əməliyyat təhdidilərinə görə dayandırılmışdı. Bazar günü Ərdoğan hədələrini təkrar etmişdi.

Suriya kürdləri isə Türkiyəni Suriya torpaqlarını ələ keçirmək cəhdində ittiham edir.

Suriya Demokratik Şurası bazar ertəsi verdiyi bəyanatda ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin Suriyanın etnik və mədəni prüralizmini müdafə edən qüvvə adlandırıb.

Şura əlavə edib ki, Ankara ictimaiyyəti aldatmaqla yanaşı, bəşəriyyətə qarşı törətdiyi cinayətlərə ABŞ və digər tərəfləri də cəlb etməyə çalışır.

Bu arada, ABŞ Suriyanın İdlib regionunda əldə edilən atəşkəsi alqışlayıb. Bu bölgədə hökumət qüvvələri aylardır ağır hücumlar həyata keçirirdi.

Suriya rejiminin Türkiyənin dəstəklədiyi rəqib qüvvələrlə atəşkəs razılığı cümə günü əldə edildikdən sonra hava zərbələri dayandırılıb.

3 milyon əhalisi olan bu regionun əksər hissəsi, Hama, Hələb və Lakatiya Həyat Təhqiq-Əl-Şam cihadçı qrupunun nəzarəti altındadır.

Bölgə Türkiyə və Rusiyanın sentyabr razılığına əsasən hökumətin hücumlarından qorunmalı idi. Lakin buna baxmayaraq, Dəməşq hücumlara ara vermirdi.

Suriya hökuməti Türkiyəni razılığın həyata tətbiqinə mane olmaqda günahlandırır.

XS
SM
MD
LG