Accessibility links

'Türkcə Təqvim' işi Tehran Məhkəməsində


Türk dil haqları fəalları Behnam Nurməhəmmədi, Yasin Ərfəi və Mehdi Qəməri keçən günlərdə Tehran Cəza Məhkəməsində mühakimə ediliblər.

Üç fəal keçən Novruz Bayramı ərəfəsində hazırlayıb nəşr ettikləri Türkcə Təqvim ilə əlaqədar “milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək” ittihamı ilə mühakimə ediliblər. Daha əvvəl onlara qarşı fərqli ittihamlar irəli sürülmüşdü.

Bu barədə Güney Azərbaycan Televiziyası (Günaz TV) məlumat yayımlayıb.

Fəalların məruz qaldığı ittihamlarla bağlı müxtəlif qurumlar tərəfindən ziddiyyətli açıqlamalar verilib.

1397-ci hicri ilinin türkcə təqvimi ilə əlaqədar birinci həbs, mart ayının 14-də baş verib. İranın təhlükəsizlik qüvvələri Behnam Nurməhəmmədini Tehranda işlətdiyi mətbəədə nəzarət altına almışdılar.

3 ilə 4 həftə Tehranın Evin həbsxanasında Ettelaata məxsus bölmədə sorğu-sual edilildikdən sonra müvəqqəti olaraq sərbəst buraxılan fəalların məruz qaldığı ittihamlarla bağlı müxtəlif qurumlar tərəfindən ziddiyyətli açıqlamalar verilib.

Həbsxanada sorğu-sual prosesindəikən məhbusların “rejimə qarşı təbiğat fəaliyyəti göstərmək”də günahlandırıldığı bildirilmiş, daha sonra isə fəallara “ictimai rəydə təşviş yaratmaq” ittihamı ilə məhkəmə işi açılmışdı.

İran Azərbaycanı və Tehrandakı mədəni fəallar hər il Novruz Bayramı ərəfəsində türkcə təqvimlər nəşr edirlər. Əhali tərəfindən böyük rəğbətlə qarşılanan bu təqvimlərdə Azərbaycan tarixi və türk mədəniyyətini əks etdirən şəkillər və önəmli tarixi məlumatlar yer alır.

XS
SM
MD
LG