Accessibility links

Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında ticarət dövriyyəsi 9 mlrd. dollardır


Türkdilli dövlətlərin iqtisadiyyat nazirlərinin Bakı görüşü
Türkdilli dövlətlərin iqtisadiyyat nazirlərinin Bakı görüşü

Türkdilli dövlətlərin iqtisadiyyat nazirləri Bakıda görüşür. Nazirlər ticarəıt dövriyyəsinin artırılmasının vacibliyini qeyd edib

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 2-ci görüşü keçirilir.
Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil
olunan ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iqtisadiyyat nazirləri, eləcə də dövlət və özəl sektoru təmsil edən nümayəndələr iştirak edir.
Tədbir çərçivəsində mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunur.
Nazirlərin görüşündə həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Bişkek şəhərində keçiriləcək Zirvə Görüşü üçün tövsiyələr qəbul olunacaq.
APA agentliyinin məlumatına görə, 2012-ci ilin birinci yarısında Türkiyənin Qazaxıstanla ticarət dövriyyəsi 2,2 mlrd. ABŞ dolları, Azərbaycanla 2 mlrd. dollar, Qırğızıstanla isə 143 mln. dollar təşkil edib.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib ki, son 10 ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 10 dəfədən çox, Qazaxıstanla 9 dəfədən çox, Qırğızıstanla isə 5 dəfədən çox artıb.
«Ümumilikdə 3,8 mln. kv. km sahəsi, 105 mln. nəfər əhalisi, 1 trln. dollardan çox milli gəliri və 545 mlrd. dollar ticarət həcmini ifadə edən Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın öz aralarında sadəcə 9 mlrd. dollarlıq ticarət dövriyyəsinə sahib olmalarını yetərli hesab etmirəm», - deyə cənab Çağlayan vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG