Accessibility links

Türkiyədə Twitter-ə qoyulan qadağa ləğv edilib


Türkiyə məhkəməsinin Twitter-in bağlanmasının ifadə azadlığının pozulması olduğuna dair hökmündən bir gün sonra sosial şəbəkəyə qoyulan qadağa ləğv edilib. Türkiyənin telekommunikasiya idarəsi şəbəkənin fəaliyyətinin bərpası üzərində iş aparıldığını bildirib.

Twitter-in bağlanmasına baş nazir Rəcəb Tayyib Ərdoğan iki həftə əvvəl götəriş verib. Twitter baş nazir və onun oğlunun korrupsiya qalmaqalı ilə əlaqəli audio yazıları ortaya çıxdıqdan sonra qadağan edilib.

Qadağa yerli seçkilərdən əvvəl tətbiq edilib.

YouTube isə hələ də bağlıdır.

Human Rights Watch Türkiyə hökumətinin YouTube səhifəsinə qadağa qərarını faciəvi addım adlandırıb. Qrup bunu ifadə azadlığının pozulması kimi qiymətləndirərək, YouTube və Twitter-in açılmasına çağırıb.

İnsan hüquqları təşkilatı yasaqları beynəlxalq insan hüquqları və Türkiyənin daxili qanunlara zidd adlandırıb.

Türkiyədə YouTube xarici işlər naziri və digər yüksək səlahiyyətli rəsmilərin Suriyadakı milli əməliyyatlar planı barədə söhbətlərinin yayılmasından sonra bağlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG