Accessibility links

Çoxları terror hücumlarının qarşısını ala bilmədiyinə görə Ərdoğan hökumətini günahlandırır [Video]


Çoxları hücumların qarşısını ala bilmədiyinə görə Ərdoğan hökumətini günahlandırır
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlər Partiyası PKK-nın birtərəfli qaydada atəşkəs elan etməsindən bir gün sonra Türkiyə ordusu qrupun üsyançılarına qarşı yeni hava hücumları həyata keçirib. Bu hücumlar şənbə günü Ankarada azı 95 nəfərin ölümü, 200-dən çox insanın yaralanması ilə nəticənən bomba hücumlarına cavab olaraq keçirildiyinə inanılır. İslam Dövləti qrupunun hücumda əli olduğu ilə bağlı şübhələr mövcuddur.

Şənbə günü Ankarada bomba hücumu zamanı ölənlər bazar günü dəfn edildi. Minlərlə insan paytaxt yaxınlığındakı qəbiristanlıqda və İstanbulda bir araya gələrək, qurbanların xatirəsini anıb. Türkiyənin bəzi şəhərlərində isə dinc nümayişlər keçirilib.

Nümayiş iştirakçıları prezident Rəcəb Tayyib Ərdoğana qarşı da şüarlar səsləndirib. Çoxları hücumların qarşısını ala bilməməkdə hökuməti günahlandırıb. Bəziləri isə hətta hökuməti çox sayda insanın toplaşmasına mane olmaq üçün bomba hücumlarının təşkilində ittiham edib.

Türkiyənin Hərbi Hava Qüvvələri kürd üsyançılarının ölkənin cənub-şərqində və İraqın şimal bölgəsində mövqelərini hədəf alıb. Ordu Şirnak regionuna da hərbi dəstə göndərib.

Ankara hücumlarının məsuliyyətini öz üzrinə götürən olmayıb. Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, çoxları bu hücumların Suriyadan İslam Dövləti qrupu tərəfindən təşkil edildiyindən şübhəlinir. “Təbii ki, mən Suriyada və regionda vəziyyəti, əsasən də Türkiyədə baş verən terror hücumlarını müzakirə etmək istəyirəm” deyə, prezident Putin bildirir.

Rusiya prezident Bəşar Əl-Əsəd ordusuna dəstək məqsədilə Suriyada hava hücumları həyata keçirir. Vladimir Putin deyir kİ, hücumlar yalnız İslam Dövləti qrupunun mövqelərinə qarşıdır.

XS
SM
MD
LG