Accessibility links

Türkiyə polisi evlərdə və idarələrdə axtarışlar aparır [Fotoqalereya]

İstanbulun Taksim Meydanı - Aksiyalar davam edir  18 iyun, 2013

1/10 İstanbulun Taksim Meydanı - Aksiyalar davam edir  18 iyun, 2013

Türkiyədən son görüntülər
Aksiyalar davam edir - İstanbul, Taksim Meydanı.  18 iyun, 2013.
2/10 Aksiyalar davam edir - İstanbul, Taksim Meydanı.  18 iyun, 2013.
Türkiyədən son görüntülər
Ankaranın Kennedi küçəsində polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir.  18 iyun, 2013.
3/10 Ankaranın Kennedi küçəsində polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir.  18 iyun, 2013.
Türkiyədən son görüntülər
Ankara - Nümayişçilərə qarşı suvuran maşınlardan istifadə edilir.  18 iyun, 2013

4/10 Ankara - Nümayişçilərə qarşı suvuran maşınlardan istifadə edilir.  18 iyun, 2013

Türkiyədən son görüntülər
İstanbul - Hökumətə qarşı nümayişçilər Qalata körpüsündə toplaşıb.  16 iyun, 2013

5/10 İstanbul - Hökumətə qarşı nümayişçilər Qalata körpüsündə toplaşıb.  16 iyun, 2013

Türkiyədən son görüntülər
People carry the coffin of Ethem Sarisuluk, one of five people killed during the recent protests, Ankara, Turkey, June 16, 2013.
6/10 People carry the coffin of Ethem Sarisuluk, one of five people killed during the recent protests, Ankara, Turkey, June 16, 2013.
Türkiyədən son görüntülər
Ankara - Kızılay Meydanında etirazçılara qarşı təzyiqli sudan istifadə edilir

7/10 Ankara - Kızılay Meydanında etirazçılara qarşı təzyiqli sudan istifadə edilir

Türkiyədən son görüntülər
İstanbul - Gezi Parkı
8/10 İstanbul - Gezi Parkı
Türkiyədən son görüntülər
Protesters are attacked by a police water cannon at the entrance to Gezi Park, Istanbul, June 15, 2013.
9/10 Protesters are attacked by a police water cannon at the entrance to Gezi Park, Istanbul, June 15, 2013.
Türkiyədən son görüntülər
Riot police fire tear gas and a water cannon at protesters in Taksim Square, Istanbul, June 15, 2013.
10/10 Riot police fire tear gas and a water cannon at protesters in Taksim Square, Istanbul, June 15, 2013.
Türkiyədən son görüntülər
Previous slide
Next slide
Artıq üç həftəyə yaxındır Türkiyədə hökumət əleyhinə davam edən nümayişlərdə iştirak edən onlarla insanın həbs edildiyi, polisin evlərdə və idarələrdə axtarışlar apardığı bildirilir.

Türkiyənin daxili işlər naziri Müəmmar Gülər bu gün İstanbulda 62 nəfərin, Ankarada isə 23 nəfərin həbs edildiyi barədə xəbəri təsdiq edib. Dövlətin TRT kanalı Eskişəhərdə 13 nəfər olmaqla, digər şəhərlərdə də bir çox insanın həbs edildiyini bildirib.

Polis etirazlarını qeyri-adi yolla, bir neçə saat hərəkətsiz dayanaraq nümayiş etdirənləri İstanbulun Taksim Meydanından çıxarıb. Ankaranın hökumət idarələrinin yerləşdiyi Kızılay bölgəsində isə polis yüzlərlə nümayişçiyə qarşı gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının başçısı Nevi Pillay etirazçılara qarşı güc tətbiq edən Türkiyə rəsmiləri və təhlükəsizlik qüvvələrininın cəzalandırılmalı olduğunu deyib.

Baş qərargahı Nyu-Yorkda yerləşən İnsan haqları təşkilatı Human Rights Watch Türkiyə hökumətinin təcili olaraq polisin hadisələrə müdaxiləsi ilə bağlı siyasətini dəyişməli olduğunu deyib.

Türkiyədə hökumətə qarşı etirazlar başlanandan bəri biri polis işçisi olmaqla 5 nəfərin öldüyü, 7500-ə yaxın insanın yaralandığı deyilir.
XS
SM
MD
LG