Accessibility links

Türkiyə və Ermənistan əlaqələrin bərpasına dair “konstruktiv” danışıqlar aparıb


Ermənistan və Türkiyə xarici işlər nazirləri onilliklər sonra əlaqələri bərpa etmək məqsədilə martın 12-də görüş keçiriblər.

“Biz görüşümüz zamanı hər iki tərəfin heç bir ilkin şərt olmadan normallaşma, münasibətlərin qurulması, sərhədlərin açılması prosesini davam etdirməyə hazır olduğunu bir daha təsdiqlədik” – deyə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin cənubunda yerləşən Antalya şəhərində keçirilən diplomatik forumda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra bildirib.

Çavuşoğlu isə öz növbəsində deyib ki, iki nazir 30 dəqiqə davam edən “çox məhsuldar və konstruktiv söhbət” aparıb.

“Biz sabitlik və sülh üçün səy göstəririk,” o deyib.

Ermənistanla Türkiyə arasında münasibətlər tarixən mürəkkəb olub. Ermənistan Osmanlı hakimlərini Birinci Dünya Müharibəsi zamanı Türkiyədəki erməni azlığına qarşı “soyqırım” törətməkdə ittiham edir. Ankara bunu soyqırım adlandırmaqdan imtina edir və ölümlərin vətəndaş müharibəsinin nəticələrinin bir hissəsi olduğunda təkid edir.

Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra Dağlıq Qarabağ münaqişəsi Ankara ilə Yerevan arasında münasibətlərin yaranma ehtimalına ziyan vurub. Türkiyə 1993-cü ildə Bakıdakı müttəfiqlərinə dəstək olaraq Ermənistanla sərhədi bağlayıb.

Lakin 2020-ci ildə Ermənistanla Azərbaycan arasında 44 günlük Dağlıq Qarabağ müharibəsindən sonra regiondakı dinamika dəyişib.

NATO üzvü olan Türkiyə 2020-ci ilin noyabrında Rusiyanın vasitəçilik etdiyi atəşkəslə, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etməsi ilə başa çatan müharibədə Azərbaycanı dəstəkləyib.

Hər iki tərəf Cənubi Qafqaz regionunda daha geniş yaxınlaşma məqsədi ilə aylar boyu pərdəarxası diplomatiya aparandan sonra ayında Moskvada birbaşa danışıqlar aparıb.

XS
SM
MD
LG