Accessibility links

Türkiyə ilə Danimarka arasında gərginlik davam edir [Təhlil]


Danimarka yazıçısı və anti-müsəlman fəalı qətlə yetirməkdə şübhəli bilinən türkiyəlinin həbsdən azad edilməsi Türkiyə ilə Danimarka arasında diplomatik gərginliyə səbəb olub. Sentyabr ayında İŞİD-in girov saxladığı 49 nəfərə dəyişdirilən həmin şəxsin hazırda Suriyadakı radikal qrupa daxil olduğu guman edilir.

İslamın tənqidçisi kimi tanınan danimarkalı yazışı Lars Hedeqardın qətlində əli olduğunu deyən 27 yaşlı, Livan mənşəli Basil Həsən Danimarka tərəfindən axtarışda idi.

Danimarka polisinə istinadən bildirilir ki, şübhəli qətl günü Danimarkanı tərk edərək, bir müddət Suriyada qalıb. Aprel ayında isə saxta pasportla Türkiyəyə daxil olmaq istəyən şübhəli Atatürk hava limanında saxlanıb. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında Həsənin müvafiq qaydalara əsasən azad edildiyi deyilib. Kütləvi informasiya vasitələri isə Həsənin qonşu Suriyaya keçərək, İŞİD-ə qoşulduğunu bildirib.

Diplomatik məsələlər üzrə Türkiyənin “Tərəf” qəzeti və “Əl-Manitor” web-səhifəsinin köşə yazarı Semi İdiz Türkiyə ilə Danimarka arasındakı bu gərginliyə tez bir zamanda son qoyulacağını düşünmədiyini deyir. “Görünür danimarkalılar çox qəzəblidirlər. Bunu biz onların yüksək səviyyəli bəyanatlarında a görürük. Hətta prezident belə məsələnin bağlanmadığını deyib.”

Danimarka hökuməti Avropa Birliyinin bu ayın 31-də keçiriləcək yığıncağında Türkiyənin üzvlük standartlarına riayət edib-etməməsi məsələsini gündəmə gətirməyi planlaşdırır. Ankaranın da Kopenhagendə öz məqsədləri var. Danimarka məhkəməsi Avropa Birliyi və Birləşmiş Ştatların terror qrupu kimi tanıdığı və Türkiyənin fəaliyyətinə qadağa qoyduğu PKK-ya 24 milyon dollar pul ödəyən 10 nəfəri azad edib.

Yazar İdiz belə bir addımın Ankaranın Danimarkanın terrorrizmlə mübarizə məsələsində ikiüzlülük kimi qiymətləndirə biləcəyini deyir. “Ankara illərdin Danimarkadan PKK terrorçuları adlandırdığı insanların təvil verilməsini tələb edir. Türkiyə PKK təşkilatının Danimarkadakı televiziya kanalının bağlanmasını da tələb edib. Belə çıxır ki. bütün baş verənlər əvəz-əvəzdir.”

Danimarka Türkiyənin radikal islamçı dövlət olduğunu düşünən qərb dövlətləri arasında tək deyil. Britaniya da Türkiyədə saxlanılan yaraqlılar arasında 49 nəfər Türkiyə girovuna dəyişdirilənlər arasında 2 nəfər vətəndaşının olduğuna görə qəzəblidir.

Bu insidentlər Ankarının İŞİD-ə qarşı mövqeyinə dair qərbin narahatlıqlarının artmasına yol aça bilər.

XS
SM
MD
LG