Accessibility links

Türkiyə İsrailin xeyrinə casusluqda ittiham olunan 15 şübhəlini saxlayıb


İnsanlar Türkiyənin İstanbul şəhərində Qəzzada fələstinlilərlə həmrəylik nümayişi keçirir. 1 yanvar, 2024.
İnsanlar Türkiyənin İstanbul şəhərində Qəzzada fələstinlilərlə həmrəylik nümayişi keçirir. 1 yanvar, 2024.

İstanbulda məhkəmə İsrail üçün casusluq etmək şbhəsi ilə saxlanılan 34 nəfərdən 15-i barədə məhkəməyə qədər həbs qətimkan tədbiri seçib. Bu barədə cümə günü Türkiyənin ədliyyə naziri xəbər verib.

Şübhəlilər çərşənbə axşamı “kəşfiyyat” və Türkiyədə yaşayan əcnəbi vətəndaşları “təqib etmək, onlara hücum etmək və qaçırmaq” kimi fəaliyyətlər həyata keçirməyi planlaşdırdıqları üçün saxlanılıblar.

Ədliyyə naziri Yilmaz Tunc sosial media postunda bildirib ki, 26 şübhəli şəxs İsrail kəşfiyyatı üçün “siyasi və hərbi casusluq” etmək ittihamı ilə məhkəməyə göndərilib. Onlardan 11 məhkəmə nəzarəti altında sərbəst buraxılıb, 8 nəfər isə deportasiya ediləcək.

Dövlətə məxsus Anadolu xəbər agentliyi bildirib ki, İsrailin xarici kəşfiyyat agentliyi Mossad-ın Türkiyədə yaşayan xaricilərə qarşı əməliyyatın bir hissəsi olaraq Türkiyə daxilində fələstinli və suriyalı vətəndaşları cəlb etdiyi deyilir.

Xəbər agentliyi prokurorluğun sənədindən sitat gətirərək bildirib ki, əməliyyatda “davam edən İsrail-Fələstin münaqişəsi çərçivəsində… fələstinli vətəndaşlar və onların ailələri” hədəf alınıb.

Bir şübhəlinin bu yaxınlarda müalicə üçün Türkiyəyə köçürülən fələstinli pasientlər barədə məlumat topladığı iddia edilir. Türkiyə İsrail-HƏMAS münaqişəsi başlayandan bəri Qəzzadan onlarla fələstinli pasienti qəbul edib.

Şübhəlilər İstanbul və yeddi başqa vilayətdə 57 ünvana reydlər zamanı saxlanılıb. Bundan bir neçə həftə öncə İsrailin daxili təhlükəsizlik idarəsi Şin Bet təşkilatın HƏMAS-ı hər yerdə, o cümlədən Livan, Türkiyə və Qətərdə hədəf almağa hazırlaşdığını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə HƏMAS rəsmilərinə Türkiyə torpağında hücum etmək təhdidini həyata keçirdiyi təqdirdə “ciddi nəticələr” barədə xəbərdarlıq edib.

Türkiyə və İsrail 2022-ci ildə illərlə davam edən gərginliklərdən sonra yenidən səfirlər təyin edərək münasibətlərini normallaşdırıb. Ancaq bu münasibətlər İsrail-HƏMAS müharibəsi başlayandan sonra tez bir şəkildə pisləşib və Ankara İsrailin Qəzzada hərbi əməliyyatlarının ən sərt tənqidçilərindən birinə çevrilib.

İsrail əvvəlcə təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə diplomatlarını Türkiyədən geri çəkib, daha sonra isə Türkiyə rəsmilərinin “getdikcə daha sərt bəyanatlarına” istinad edərək, diplomatlarını siyasi səbəblərə görə geri çağırdığını açıqlayıb. Türkiyə də İsraildən səfirini geri çağırıb.

Ərdoğanın İsrail-HƏMAS müharibəsinə reaksiyası əvvəlcə səssiz qalmaq oldu. Ancaq Türkiyə lideri o zamandan bəri İsrailə tənqidlərini intensivləşdirib və Qəzzadakı hərəkətlərini “soyqırım” kimi qiymətləndirib. O, İsrail baş nazir Benyamin Netanyahunun “müharibə cinayətləri”nə görə mühakimə etməyə çağırıb və onu nasist lider Adolf Hitlerlə müqayisə edib.

Hökuməti keçmişdə HƏMAS-ın bir neçə rəsmisini qəbul edən Ərdoğan həmçinin bildirib ki, İsrail, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı hesab edilən militant qrup öz torpaqlarının və xalqının azad edilməsi uğrunda mübarizə aparır

Forum

XS
SM
MD
LG