Accessibility links

NATO-nun Baş katibi zəlzələdən sonra həmrəylik nümayiş etdirmək üçün Ankaraya səfər edib


NATO-nun baş katibi Yens Stoltenberq keçən həftə Türkiyə və Suriyanın bəzi bölgələrini viran qoyan zəlzələdən sonra həmrəylik nümayiş etdirmək üçün cümə axşamı Türkiyənin paytaxtı Ankaraya səfər edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə çıxış edən Stoltenberq jurnalistlərə deyib ki, NATO üzvü olan Türkiyənin ehtiyac duyduğu zaman yanında olacaq.

"Türkiyənin ilk müdaxiləsindəki cəsarətini alqışlayırıq və sizinlə birlikdə yas tuturuq" - deyə, Stoltenberq bildirib.

Onun sözlərinə görə, alyans əsas diqqətini məcburi köçkünlərə yenidənqurma işlərində dəstəyə yönələdəcək. O, xüsusilə diqqətin müvəqqəti yaşayış yerlərinin yaradılması və minlərlə çadırı Türkiyəyə gətirmək üçün NATO-nun strateji havadan daşınma imkanlarından istifadəyə yönələcəyini bildirib.

Türkiyənin Fövqəladə Hallar Agentliyinin məlumatına görə, cümə axşamı ölkədə ölənlərin sayı 36,187 nəfərə yüksəlib, 108 min nəfər yaralanıb. Agentlik fevralın 6-da baş verən güclü zəlzələdən sonra bölgədə 4300-dən çox yeraltı təkanın olduğunu bildirib.

Bu arada, Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Agentliyi və Suriyanın dövlət xəbər agentliyinin tərtib etdiyi rəqəmlərə görə, qonşu Suriyada 5500-dən çox ölüm qeydə alınıb.

Rəsmilər zəlzələdən sağ çıxan milyonlarla insanın humanitar yardıma ehtiyacı olduğunu, onlardan çoxunun qışın şaxtalı temperaturunda evsiz qaldığını deyib.

XS
SM
MD
LG