Accessibility links

Neytan Kohlenberq: Türkiyədə seçkilərin qismən azad və çox ədalətsiz keçdiyini deyə bilərik


Neytan Kohlenberq: Türkiyədə seçkilərin qismən azad və çox ədalətsiz keçdiyini deyə bilərik
please wait

No media source currently available

0:00 0:04:03 0:00

Türkiyədə mayın 28-də keçirilən seçkidə Rəcəb Tayyib Ərdoğan qalib gələrək, üçüncü dəfə ölkə prezidenti seçilib. Bir çox müşahidəçilər Türkiyədə seçkilərin azad, ancaq qeyri-ədalətli şəraitdə keçdiyini bildirib. ABŞ-da qərargahlanan Alman Marşal Fondunda Demokratiyanin Təminati Alyansinin baş elmi işçisi Neytan Kohlenberqlə Amerikanın Səsinə müsahibədə Türkiyədə seçki mühitini şərh edib.

Amerikanın Səsi: Bir çox seçki müşahidəçiləri Türkiyədə seçkinin azad, ancaq ədalətli olmayan bir şəkildə keçdiyini deyirlər. Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğlu seçkilərin ikinci turundan sonrakı ilk çıxışında bunu “indiyə qədər keçirilən ən ədalətsiz seçki” adlandırıb. Bu nə deməkdir? Seçkilər necə azad və necə ədalətsiz keçib?

Neytan Kohlenberq: Düşünürəm ki, bu xarakteristika dəqiqdir və məncə, hətta onların qismən azad və çox ədalətsiz keçdiyini deyə bilərik. Seçki qismən azad idi, ona görə ki, səslər mənalı idi və səslərin sayı seçkidə kimin qalib gəldiyini müəyyənləşdirdi. Seçki, qismən qeyri-azad idi, çünki biz bilirik ki, bir neçə namizəd, Türkiyədə bu il prezidentliyə namizəd ola biləcək güclü siyasi fiqurlar, o cümlədən HDP-nin başçısı cənab Dəmirtaş həbsdədir. Biz həmçinin başqa namizədlərin, eləcə də, İstanbulun meri cənab İmamoğlunun, onlara qarşı irəli sürülən ittihamlar səbəbilə seçkidə namizəd olmalarının qarşısı alındığını gördük. İmamoğlunun məsələsində bu, Ali Seçki Şurasını təhqir etmək ittihamı idi. Ona görə də, mən əsas namizədlərin iştirakının qarşısı alınan bir seçkini tamamilə azad adlandıra bilmərəm. Eyni zamanda isə bu seçkinin azad olan amilləri var idi, amma olduqca ədalətsiz bir atmosferdə keçirildi. Və buna əsas səbəb hakim partiyanın media üzərindəki mütləq nəzarətdir. Yəni ictimai media birbaşa olaraq partiya aparatı vasitəsilə nəzarət olunur. Özəl media isə əsasən hakim rejimə çox sadiq olan bir neçə oliqarxın əlində cəmləşib. Əlbəttə ki, Türkiyədə müxtəlif jurnalistlər var, amma onlar hökumət tərəfindən böyük yoxlanışlar və təzyiqlə üzləşirlər.

Amerikanın Səsi: Sizin fikrinizcə, bunun nəticələrə hər hansı əhəmiyyətli təsiri olubmu?

Neytan Kohlenberq: Bunu demək çətindir. Ədalətli seçkinin nəticəsini bilmək çətindir, çünki bunun üçün Türkiyə demokratiyasının son illərini həqiqi azadlıq və rəqabət mühitində yenidən yaşamaq lazımdır. Ona görə də, məncə biz ədalətsizliyin seçki nəticəsinə necə təsir göstərdiyini dəqiq bilə bilmərik.

Amerikanın Səsi: Türkiyədə prezident seçkisinin nəticələri müxalif namizədin irəli olduğunu proqnozlaşdıran bir neçə rəy sorğularından fərqli oldu. Siz bunu nə ilə izah edirsiniz?

Kamal Kılıçdaroğlu: “Bu seçki çox çətin şəraitdə keçən seçkidir”
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Neytan Kohlenberq: Məncə rejimin Türkiyədəki məlumat ekeosistemindəki narrativlərə nəzarət səviyyəsini söyləmək çətindir. Ancaq düzdür ki, bir çox rəy sorğuları müxəlifətin gücü ilə bağlı yanlış proqnozlar verdi və mümkünr ki, rejimin sistemik üstünlüklərini düzgün qiymətləndirmədi.

Amerikanın Səsi: Bu seçkilərdən hansı nəticələr çıxarmaq olar? Ərdoğanın qələbəsi Türkiyənin gələcəyi üçün nə deməkdir?

Neytan Kohlenberq: Türkiyənin yaxın gələcəyi üçün bu, Erdoğanın qeyri-adi iqtisadi siyasətinin davamı deməkdir ki, bu, Türkiyənin valyutasına çox böyük ziyan vurub. Yəni biz çox güman ki, hökumətin bu siyasəti davam etdirəcəyini görəcəyik, hətta onların güclü bazarla üzləşməsi fonunda belə. Məncə buradakı daha böyük sual bunun demokratiyanın gələcəyi və dünya boyu demokratiya və avtokratiya arasındakı rəqabət üçün nə cür əhəmiyyət kəsb edəcəyidir. Fikrimcə biz avtokratiyanın xüsusiyyətlərindən birinə artıq seçkilərin də daxil olduğunu görürük. Sadəcə olaraq bu seçkilər fundamental şəkildə qərəzli, və ya ədalətsidir, ya da müxtəlif yollarla hakim partiyanın xeyrinə saxtalaşdırılır. Biz Türkiyədə bunu görürük. Təəssüf ki, biz Polşa kimi canlı, sağlam demokratiyalarda da bunun əlamətlərini görürük. Belə ki, orada hakim partiya gələcəkdə rəqabətli seçkilərlə üzləşməmək üçün oyunun qaydalarını dəyişməyə çalışır.

XS
SM
MD
LG