Accessibility links

Rəcəb Tayyip Ərdoğanı İstanbul aeroportunda minlərlə tərəfdarı qarşılayıb


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan hökumətə qarşı bir həftədir davam edən nümayişlərə dərhal son qoyulmasını tələb edib.

Həftənin əvvəlindən Şimali Afrikada səfərdə olan baş naziri minlərlə tərəfdarı bu gün səhər tezdən İstanbul hava limanında "Allahu Əkbər" şüarları ilə qarşılayıb.

Aeroportu tərk etdikdən sonra cənab Ərdoğan avtobusun yuxarı hissəsinə çıxaraq tərəfarlarına nümayişlərin qeyri-qanuni olduğunu deyib. O, heç kəsə ölkənin qanunlarını pozmağa icazə verilməyəcəyini və şəhərlərdə vandalizm hərəkətlərinə yol verənlərin qarşısının alınacağını deyib.

Dünən də İstanbul və Ankarada Rəcəb Tayyip Ərdoğanın istefası tələbi ilə nümayişlər davam edib.
XS
SM
MD
LG