Accessibility links

Baş nazir Ərdoğan:"Ermənistan Azərbaycanla məsələni həll etsə, Türkiyə ilə sərhədin açılmasına kömək etmiş olar"


Baş nazir Ərdoğan:"Ermənistan Azərbaycanla məsələni həll etsə, Türkiyə ilə sərhədin açılmasına kömək etmiş olar"
Baş nazir Ərdoğan:"Ermənistan Azərbaycanla məsələni həll etsə, Türkiyə ilə sərhədin açılmasına kömək etmiş olar"

Türkiyə və Ermənistan arasında imzalanan sənəddə regional sülhün bərqərar edilməsi ifadəsini qeyd edən Rəcəp Tayyib Ərdoğan deyib ki, Azərbaycan olmadan regionda sülh əldə etmək mümkün olmayacaq

Nüvə təhlükəsizliyinə dair sammitdə iştirak edən Türkiyənin Baş naziri Rəcəp Tayyib Dağlıq Qarabağ Azərbaycan-Ermənistan münaqişəsi, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması və İranın nüvə proqramı ilə bağlı açıqlamalar verib.

Baş nazir Erdoğan Qarabağ problemini dünən Rusiya prezidenti Dmitri Medvedevlə müzakirə etdiyini bildirib.

O deyib ki, Azərbaycan olmadan regionda sülh əldə etmək mümkün olmayacaq. Rəcəp Tayyib Ərdoğan Türkiyə və Ermənistan arasında imzalanan sənədin mətnində “regional sülhü bərqərar etmək” ifadəsini qeyd edib.

O deyib ki, İsveçrədə, Sürixdə imzalanan mətndə regional sülhün təmin edilməsi kimi ifadə var. “Regional sülhün təmin edilməsi məsələsində biz Azərbaycanı kənara ata bilərikmi. Azərbaycan da regional sülhün mühüm hissəsidir.” Azərbaycan-Ermənistan arasında münaqişənin çözülməsi, tərəflərin bir razılığa gəlməsi lazımdır-deyə baş nazir Ərdoğan bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG