Accessibility links

Türkiyədə baş qaldıran korrupsiya qalmaqalı hazırda siyası rəqabətin bir hissəsinə çevrilib [VİDEO]


Türkiyədəki korrupsiya qalmaqalı hazırda siyası rəqabətin bir hissəsinə çevrilib
please wait

No media source currently available

0:00 0:02:47 0:00
Korrupsiya qalmaqlı insanları İstanbul küçələrinə çıxmağa və Türkiyənin baş nazirinin istefasına çağırmağa vadar etdi. Son illər ölkədə İslamlaşmanın artması türklərin çoxunun qəzəbinə səbəb olub. İddia edilən korrupsiya ittihamları siyasi fəallığa keçən yay olduğu kimi yenidən stimul verib.

Bu dəfəki etirazlara səbəb nazir oğulları da daxil edilməklə, onlarla insanın həbsi və ortada dolaşan qızıl və nəğd pul mübadiləsi oldu. Çox sayda naziri vəzifəsindən kənarlaşdırmasına baxmayaraq, baş nazir Rəcəb Tayyib Ərdoğana qarşı istefa çağırışları davam etməkdədir. Vəzifəsindən azad edilən nazirlərdən biri də cənab Ərdaoğanın istefa verməli olduğunu deyib.

İstanbulun baş polis rəisi də daxil olmaqla, hökumətin korrupsiya qalmaqalında adı hallanan yüzlərlə yüksək rütbəli polis əməkdaşını işdən azad etməsi ictimaiyyətin qəzəbini daha da artırıb.

Ölkədə 12 ildir baş nazir vəzifəsində çalışan cənab Ərdoğan polis əməliyyatlarınımn çirkli olduğunu deyib. Onun sözlərinə görə, polis öz vəzifəsindən sui-istifadə edib və hökumətin onları işdən azad etməyə haqqı var.

Bütün bu qalmaqal baş nazirin vaxtilə siyasi müttəfiqi olmuş, Birləşmiş Ştatlarda yaşayan İslam təmayüllü xadim Fəthulla Gülənlə münasibətini daha da gərginləşdirdi. Deyilənlərə görə o, türk polisi və prokurorluğunda böyük nüfuza malikdir. Keçən həftənin cümə axşamı polis rəsmilərinin prokurorun qərarını yerinə yetirməkdən imtina barədə şikayətlərdən sonra prokuror işindən azad edildi.

Cumhuriyet qəzetinin Ankara ofisindən Utku Çakirözər hökumətə və ölkənin Ədliyyə sisteminə inamsızlığın ölkənin daxildə və xaricdə nüfuzuna xələl gətirdiyini deyir. “Avropa Birliyinə üzvlüyə namizəd olaraq Türkiyə bütün standarlara uyğun hərəkət etməlidir. Burada isə əsəs məsələ isə qanunun aliliyi, azadlıq və ədliyyə sistemində qərəzsizlikdir.”

Korrupsiya ilə bağlı bu qalmaqal isə yəqin ki, Türkiyənin Avropa Birliyinə üzvlük perspektivlərini bir qədər də uzaqlaşdıracaq. Şübhə yoxdur ki, baş nazir Ərdoğan özünün əvvəlki etibarını geri qaytarmaq üçün mübarizə aparacaq.
XS
SM
MD
LG