Accessibility links

Türkiyə prezidenti Ukrayna taxıl sazişinin uzadılacağına inandığını deyib


Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan çərşənbə günü deyib ki, o, Ukraynanın Qara dəniz vasitəsilə taxıl ixracına icazə verən sazişin vaxının şənbə günü bitməsindən sonra da qüvvədə qalacağına inanır.

Ərdoğan İndoneziyanın Bali şəhərində keçirilən G-20 sammitində jurnalistlərə açıqlamasında müqavilənin uzadılması ilə bağlı danışıqların davam etdiyini və sammitdən qayıdarkən Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.

Birləşmiş Millətlər Təşkilatı və Türkiyə iyul ayında Ukrayna və Rusiya ilə Ukraynanın Qara dəniz limanlarından Türkiyədə yoxlamadan keçən gəmilərlə taxıl ixracına, Rusiyaya isə ərzaq və gübrə ixracına imkan verən razılaşmalar imzalayıb.

BMT-nin bildirdiyinə görə, sazişin imzalanmasından bəri 42 ölkəyə təxminən 11 milyon ton taxıl və ərzaq məhsulları ixrac edilib.

Rusiya çərşənbə axşamı Ukraynanın paytaxtı Kyiv də daxil olmaqla, 10 bölgəni hədəf alan hava hücumları həyata keçirib. Bu, müharibə dövründəki ən böyük uğurlarından biri, keçən həftə cənubdakı əsas Xerson şəhərini ələ keçirməsinə sevinən ukraynalılara Rusiyanın hərbi töhməti olub.

Ölkənin hər yerində hava hücumundan xəbərdarlıq səsləndirilib. Raketlər də daxil olmaqla, 100-ə yaxın zərbə Rusiyanın Xersondan geri çəkilməsindən və Moskva qüvvələrinin təxminən doqquz aylıq müharibənin əvvəlində ələ keçirdiyi regional paytaxtı Ukraynanın ələ keçirməsindən sonra Ukraynada bir neçə gün davam edən coşğusunun ardınca gəlib.

İndoneziyanın Bali adasında 20 ən böyük sənaye ölkələri liderlərinin toplantısında Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Rusiyanın hava hücumlarını pisləyib.

"Dünya liderlərinin Balidə G-20 toplantısında dünya boyu insanların həyatı və dolanışığı üçün mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə etdiyi bir vaxt Rusiya yenidən həmin insanların həyatını təhdid edir və Ukraynanın kritik infrastrukturunu məhv edir" - deyə, Sullivan bəyanatında bildirib.

XS
SM
MD
LG