Accessibility links

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə səs verəcək


Türkiyə parlamenti cümə axşamı Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı səsverməyə hazırlaşır.

Finlandiya və qonşu İsveç onilliklər ərzində imtina etmələrinə baxmayaraq, Rusiyanın keçən il Ukraynanı işğal etməsindən sonra hərbi alyansa qoşulmaq üçün müraciət edib.

NATO-nun iyul ayında keçirilən sammitində onların üzvlük ərizələri ratifikasiya olunduqdan sonra NATO-ya üzv ölkələr Finlandiya və İsveç üçün yekun təsdiqin verilməsi prosesindən keçib.

Macarıstan bazar ertəsi Finlandiyaya razılığını verib. Lakin NATO-nun hazırkı üzvləri arasında yekdillik tələb edən bu prosesdə yalnız Türkiyə qalıb.

Türkiyə bu ölkələrin terror təşkilatı hesab etdiyi qruplaşmalara qarşı çox yumşaq davranmasından narahat olduğunu bəyan etməsindən sonra həm Finlandiya, həm də İsveç NATO-ya müraciətlərini bir müddət dayandırmaq qərarına gəlib. Üç ölkənin nümayəndələri problemləri həll etmək üçün bu ayın əvvəlində bir araya gəlsə də, Türkiyə İsveçin təklifini dəstəkləyib- dəstəkləməyəcəyini hələ bildirməyib.

İsveç və NATO liderləri bildirib ki, Türkiyənin narahatlığını aradan qaldırmaq üçün İsveç bir sıra islahatlar həyata keçirib.

NATO-nun Baş katibi Yens Stoltenberq dəfələrlə həm Finlandiya, həm də İsveçin NATO üzvü olacağını gözlədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG