Accessibility links

Qaziantepin Karkamış rayonuna raketlərlə hücum olub


Qaziantepin Karkamış rayonuna raket hücum nəticəsində 2 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilib.

Daxili işlər naziri Süleyman Soylu açıqlamasında hücumun qurbanlarından birinin uşaq, digərinin isə müəllim olduğunu deyib.

Soylu qeyd edib ki, raketlərdən biri ərazidəki məktəblərdən birinin bağçasına düşüb.

Qaziantep valisi Davud Gül hücumdan sonra sosial media hesabından açıqlamasında "Fəratın şərqindən Karkamış bölgəsinin mərkəzinə terror təşkilatı tərəfindən 5 raket atılıb. Mülki əhalinin olduğu mərkəzə edilən hücumda 2 həmyerlimiz dünyasını dəyişib. İkisi ağır olmaqla 6 vətəndaşımız yaralanıb" - deyə, o bildirib.

Amerikanın Səsinin türk şöbəsinin müxbirinin Qaziantepdən əldə etdiyi məlumata görə, raketlər bir məktəbə, iki evə və gömrükdə dayanan yük maşınına düşüb.

Hadisədən dərhal sonra Karkamış bölgəsinə səfər edən müxbir şahidlərlə danışıb.

"Pəncərələr üstümə çökdü. Özümü zorla masanın altına saldım. Şüşə dostumun qolunu kəsdi, qan yerə töküldü. Mən onun qolunu sarıyıb, dərhal xəstəxanaya göndərdim. Uşaqlarımız məktəbdə oxuyur. Mağazadan çıxıb uşağımı götürmək üçün məktəbə qaçdım. Uşağımı götürüb kənddə təhlükəsiz yerə qoyub qayıtdım" - deyə, hücumdan sonra ətrafı hasara alınan mağazasını göstərən Nurettin Bozkurt bildirib.

Digər hadisə şahidi Mustafa Yıldırım isə hücum zamanı ərazidəki Etiler Liseyinə yemək aparırdı. Partlayış səsini eşidən kimi o, evinə qaçdığını, evinin qapılarının və pəncərələrinin dağıldığını bildirib.

''Narahatıq. Nə olacağını bilmirik. Tekrar hücum ola bilər'' deyir Yıldırım.

XS
SM
MD
LG