Accessibility links

Türkiyə Yunanıstanın onun qırıcılarına mane olmağa çalışdığını deyir


Türkiyənin dövlət Anadolu xəbər agentliyi bazar günü bildirib ki, Yunanıstanın yer-hava raketləri beynəlxalq hava məkanında Türkiyənin kəşfiyyat missiyası yerinə yetirən F-16 döyüş təyyarələrini yer-hava tipli raket sisteminin radarına salıb.

Bu, Türkiyənin qonşusu və NATO üzvü olan həmkarı Yunanıstanın onun təyyarələrini Aralıq dənizi və Egey dənizlərinin üzərindəki səmada hədəfə aldığı barədə ən son iddiasıdır.

Yunanıstanın Krit adasında yerləşən S-300 raket kompleksinin radarı avqust ayında da Türkiyə təyyarələrinin izinə düşmüşdü. Bu barədə “Anadolu” xəbər agentliyi Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Məlumatda bildirilib ki, Rusiya istehsalı olan S-300-ün hədəf izləmə radarı işə düşən zaman F-16-lar Yunanıstanın Rodos adasının qərbində təxminən 3 km yüksəklikdə olub. “Düşmənin maneəsinə baxmayaraq” Türkiyə təyyarələri missiyasını başa vuraraq öz bazasıına qayıdıb.

Məlumatda radar tutmaları NATO-nun qaydalarına əsasən düşmənçilik aktı sayıldığı deyilib.

Bazar günü Yunanıstanın Ankaradakı səfirliyinə edilən zənglər cavabsız qalıb.

Keçən həftə Yunanıstanın Türkiyənin alyans üçün missiya yerinə yetirən F-16-larını təqib etməsindən sonra Türkiyə Yunanıstan hərbi attaşesini çağırıb və NATO-ya şikayət edib.

“Anadolu” xəbər verib ki, yunan pilotlar Aralıq dənizinin şərqində Türkiyəyə məxsus təyyarəni radara salıb. Agentlik Türkiyənin “lazımi cavab” verdiyini və Yunanıstan təyyarələrini bölgəni tərk etməyə məcbur etdiyini bildirib.

Yunanıstan hadisələrin türk versiyasını rədd edib. Müdafiə Nazirliyinin bildirdiyinə görə, Türkiyənin 6 təyyarəsi ABŞ-ın B-52 bombardmançı təyyarəsini müşayiət etmək üçün əvvəlcədən xəbərdarlıq edilmədən səmaya qalxıb və Yunanıstanın nəzarətində olan ərazidən keçib.

XS
SM
MD
LG