Accessibility links

Türkiyədə dövlət işlərində baş örtüyünə qoyulan qadağa aradan qaldırılıb


Türkiyə on illərdir dövlət iş yerlərində qadınların baş örtüyünə qoyulan qadağanı aradan qaldırıb.

Bu dəyişiklik oktyabr ayının səkkizindən qüvvəyə minib. Lakin qadağanın hakim, polis və hərbi personala tətbiqi davam etdirilir.

Baş nazir Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışında bu dəyişikliyin çoxdan tətbiq edilməli olduğunu deyib.

90 il əvvəl Türkiyə Respublikasının yarandığı günlərə təsadüf edən qadağa Türkiyədə ən emosional dəyişikliklərdəndir. Bu qadağa uzun zamandır ölkədə fikir ayrılığına səbəb olub və artmaqda olan dindar türklərin bir zamanlar hakimiyyətdə olan dünyəvi elitə qarşı çıxmasına səbəb olub.

Qanun bir çox qadının ictimai xidmət yerlərində çalışa bilməmələrinə səbəb olub. Lakin dünyəvi icma qadağanın aradan qaldırılmasının ölkədə islamçı qanunların tətbiq edildiyinə sübut olduğunu deyir.
XS
SM
MD
LG