Accessibility links

Türkiyə yaxın günlərdə Suriyanın şimalındakı kürd anklavına hücum edəcək


Türkiyə prezidenti yaxın günlərdə Suriyanın şimalındakı kürd anklavına hərbi əməliyyatlar həyata keçiriləcəyini bəyan edib.

Rəcəb Tayyib Ərdoğan hərbi əməliyyatların Afrinin terrorçulardan təmizlənməsi mahiyyəti daşıdığını deyib.

Türkiyə Suriya ilə sərhəddə yerləşən Hatay regionuna tanklar və digər hərbi texnikalar yeridib.

Bu barədə Türkiyənin “Anadolu” informasiya agentliyi məlumat yayıb.

Hərbçilərin sözlərinə görə, məqsəd Türkiyə-Suriya sərhədi boyunca terror dəhlizi yaradılmasına imkan verməməkdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl bölgədəki terror dəhlizinin artıq kəsildiyini bəyan etmişdi.

Rəcəb Tayyib Ərdoğan bölgədəki kürd birləşmələrini Afrin rayonundan çıxmağa çağırıb.

Ankara Suriyada kürdlərin birləşdiyi “Demokratik ittifaq” partiyası (PYD) və “Xalq özünümüdafiə qüvvələri” birləşməsini terrorçu PKK təşkilatı ilə əlbir olmaqda günahlandırır.

Türkiyə ordusu şənbə günü “Xalq özünümüdafiə qüvvələri” yaraqlılarının mövqelərini cavab atəşinə tutub.

“Anadolu” agentliyinin məlumatına görə yaraqlılar Türkiyə ərazisini Rəcəb Tayyib Ərdoğan Elyazıq əyalətində çıxış edərkən atəşə tutub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG