Accessibility links

Hüquq müdafiəçiləri beynəlxalq internet forumunun Türkiyədə keçirilməsini istəmir


BMT-nin internet siyasətinin inkişafı forumu üçün seçdiyi məkan mübahisələrə səbəb olub. BMT-nin sponsorluğu ilə forum bu həftə İstanbulda keçiriləcək. Keçən il Türkiyədə Twitter bağlandı, YouTube-a qadağa qoyldu, jurnalist və blogerlər həbs edildi. Hətta Prezident Rəcəb Tayyib Ərdoğan Twitter-in cəmiyyədə hədə olduğunu dedi.

İnternet fəalı və İstanbulun Bilgi Universitetinin kibernetika qanunları üzrə professoru Yəmən Akdeniz qeyri-hökumət təşkilatlarının bu həftə keçiriləcək dördgünlük forumu baykot etdiklərini deyir.

“Türkiyədəki bərbad vəziyyət daha da pisləşdi. İnternetlə problemi olan hökumətin belə bir böyük foruma ev sahibliyi etməsinin mənası yoxdur,” deyə professor bildirir.

Hər il keçirilən “Qlobal Toplantı” adlı forumun məqsədi hökumətlərin, fəalların və biznesləri bir araya gətirərək, internetdən istifadəni təşviq etməkdir. Təşkilatlar və fəallar artıq Türkiyə hökumətini bir neçə mübahisəli mövzunu forumun gündəliyindən yığışdırtmaqda ittiham edirlər. Ankara bu ittihamları rədd edir.

Müşahidəçilər Türkiyənin internetdə ifadə azadlığı üzrə göstəricilərinin olduqca zəif olduğunu, on minlərlə səhifənin bağlandığını, 2007-ci ildə internetlə bağlı qəbul edilən qanunların bu ilin fevral ayında ləğv edildiyini deyirlər.

Dünyanın diqqəti bu ilin əvvəlində rəsmilər tərəfindən sosial media səhifələri You Tube və Twitter-in qadağa qoyan və həmin qadağanın ölkənin Konstitusiya Məhkəməsi tərəfindən ləğv edildiyi Türkiyəyə yönəlib.

Avropa Birliyinin Rəqəmsal Texnologiya Məsələləri üzrə komissarı Neli Krois İstanbulda etdiyi çıxışı zamanı 28 dövlətin hələ də narahat olduğunu bildirib. “Bu, Türkiyədə söz və media azadlığının ilə bağlı ciddi problemlərin mpvcudluöuna işarədir,” deyə komissar bildirir.

Ölkədə insan haqlarının tapdalanmasıvə söz azadlığına qadağalar Ankaranın Avropa Birliyinə üzvlük perspektivlərini əngəlləyir. Narahatlıqlar ötən il hökumətə qarşı keçirilən nümayişlərın dağıdılması zamanı bir qədər də artdı.

BMT Türkiyəninın seçiminin normal olduğunu və bunun üzvləri arasında növbəli şəkildə olmalı olduğunu deyir.

Baş katibin yardımçısı Tomas Qas çərşənbə axşamı Türkiyədə keçirilən mətbuat konfransında İstanbulu müdafiə edib. “BMT azad İnternetlə bağlı geniş müzakirələr keçirir və biz inanırıq ki, bu müzakirələrin köməyi burada da olacaq.

Ankara hələ də bu mübahisəli məsələ ilə bağlı şərh verməyib. Türkiyə rəsmiləri tərəfindən təşkil edilən plenar yığıncaqlar əsasən ailə dəyərlərinin qorunmasına həsr edilir. Türkiyə hökuməti bu mübahisəli İnternet qanunlarının ölkədə uşaqların qorunmasına yönəldiyini israr edir. Ankaranın başlıca ümidi bu kimi mötəbər forumlar keçirməklə dünya ictimaiyyəti qarşısında imicini parıldatmaqdır. Real internet azadlıqları sahəsində isə durumda parlaq çox şey yoxdur.

XS
SM
MD
LG