Accessibility links

Türkiyənin İraqdakı təlimləri etirazlara səbəb olur


İraqın şimalında təlim əməliyyatı zamanı İŞİD-in hücumuna məruz qalan Türkiyə qoşunları onları uğurla geri oturda bilib.

Rəsmilər bildirib ki, dünən Neynəva vilayətindəki Başiqa hərbi bazasında toqquşma zamanı 17 İŞİD yaraqlısı öldürülüb.

Təxminən 150 türk əsgəri nəticədə İŞİD yaraqlılarının nəzarətində olan Mosulu geri almaq üçün yerli İraq döyüşçülərinə təlim vermək məqsədi ilə bazaya göndərilib.

Ərazinin əksər hissəsinə nəzarət edə bilməyən İraqın mərkəzi hökuməti Türkiyənin qoşun gəndərilməsini kəskin tənqid edərək bu aktın ölkənin suverenliyini pozduğunu bildirib.

Türkiyə rəsmiləri ötən ay rəsmi Bağdadla qoşun göndərilməsinə dair anlaşılmazlıq olduğunu etiraf etmişdir. Lakin Bağdad qoşunların tamamilə çıxarılmasını tələb etmiş, hətta hərbi toqquşma ilə təhdid etmişdir.

ABŞ İraqla aralarında gərginliyin artmaması üçün ötən ay Türkiyəni öz qoşunlarının bölgədən çıxarılması da daxil olmaqla addımlar atmağa çağırıb.

XS
SM
MD
LG