Accessibility links

Türkiyə İsraillə diplomatik əlaqələri kəsəcəyi ilə hədələyib


Əhməd Davutoğlu deyib ki, İsrail üzr istəməyənə qədər Türkiyə-İsrail münasibətləri kəsilmiş qalacaq

Türkiyənın xarici işlər naziri deyir ki, əgər İsrail, səkkiz türk və bir Amerika mənşəli türkün ölümü ilə nəticələnən Qəzza zolağına humanitar yardım daşıyan gəmiyə kommando reydinə görə üzr istəməsə, Türkiyə İsraillə diplomatik əlaqələri kəsəcək. Xarici işlər naziri, Əhməd Davutoğlu bazar ertəsi Hürriyət qazetində dərc olunmuş mühasibəsində deyib ki, İsrail üzr istəməyənə qədər və ya may ayının 31-də baş vermiş reyd üzərində beynəlxalq təhqiqatın formalaşdırılmasını qəbul etməyənədək Türkiyə-İsrail münasibətləri kəsilmiş qalacaq. Lakin cümə günü İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrail reydə görə Türkiyədən üzr istəməyəcək. İsrailin dövlət televiziyasına (Kanal 1) şərhində cənab Netanyahu reyd zamanı həlak olmuş insanlara görə təəssüf hissi keçirdiyini bildirib. Lakin o deyib ki, İsrail əsgərləri öz həyatlarını qoruyublar və buna görə İsrail Türkiyədən üzr istəməyəcək. Cənab Netanyahu eyni zamanda doqquz Türkiyə vətandaşının ölümünə görə Ankaraya kompensasiya ödəmək fikrini rədd edib.

XS
SM
MD
LG