Accessibility links

İstanbulda 44 şirkətdə reyd keçirilib


Türkiyə dövlət mediasının bildirdiyinə görə, keçən ay çevriliş cəhdi ilə bağlı polis İstanbuldakı 44 şirkətdə reyd keçirib.

Anadolu xəbər agentliyi Birləşmiş Ştatlarda yaşayan müsəlman ruhani Fətullah Gülənə maliyyə dəstəyi verməkdə ittiham edilən 120 şirkət rəhbərinin həbsinə dair qərar verildiyini bildirib.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan hökuməti iyul ayının 15-i 240 nəfərin ölümü ilə nəticələnən hadisələrin arxasında Fətullah Gülənin durduğunu deyir.

Rəsmilər yüksək rütbəli hərbiçilər, vəzifəli şəxslər və təhsil sistemi işçiləri də daxil olmaqda çevriliş cəhdində əli olan 35 mindən çox insanın həbs edildiyini bildirib.

XS
SM
MD
LG