Accessibility links

İYİ Partiya Ankara və İstanbul bələdiyyə başçılarının vitse-prezident olmalarını istəyir


İYİ Partiyanın lideri Meral Akşener
İYİ Partiyanın lideri Meral Akşener

Keçən həftə müxalifətin alyansını tərk etməsindən sonra Türkiyənin sağçı İYİ Partiya may ayında seçkilərində qalib gələcəyi təqdirdə Ankara və İstanbul bələdiyyə başçılarının vitse-prezident olmalarını təklif edib.

Bu təklif İYİ Partiyanın bloka qayıtmasına yol aça bilər.

Altı partiyanın daxil olduğu alyansda ikinci ən böyük partiya olan İYİ keçən həftə partiyanın lideri Meral Akşenerin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun blokun prezidentliyə gözlənilən namizədliyini rədd etməsindən sonra qrupdan ayrılıb.

O, Kılıçdaroğlunun əvəzinə İstanbul və Ankara bələdiyyə başçıları Əkrəm İmamoğlu və ya Mənsur Yavaşın namizədliyini təklif edərək, rəy sorğularının onların Ərdoğana böyük fərqlə qalib gələ biləcəklərini göstərdiyini bildirib.

Alyansın qalan beş partiyasının Kılıçdaroğlunu namizəd kimi elan etməsinə bir neçə saat qalmış iki bələdiyyə başçısı Akşenerlə qısa görüş keçirib. Akşener blokun mayın 14-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə onların vitse-prezident olmaları barədə yeni təklifini çatdırıb.

İYİ Partiyanın sözçüsü Kürşad Zorlu Akşenerin bələdiyyə başçıları ilə görüşünü bitirdikdən bir neçə dəqiqə sonra jurnalistlərə açıqlamasında onun "iki bələdiyyə başçısına icraçı vitse-prezident vəzifəsi ilə bağlı təklifini çatdırdığını" bildirib.

"Liderimiz yaxın vaxtlarda bu təklifi Kılıçdaroğluna çatdıracaq" - deyə, o əlavə edib.

Müxalifət daxilində bu inkişaflar prezident və parlament seçkilərinə iki ay qalmış baş verir. Səsvermədə seçicilər üçün əsas faktorun keçən ay 45 mindən çox insanın ölümü və milyonlarla insanın evsiz qalmasına səbəb olan dağıdıcı zəlzələnin olacağı gözlənilir.

XS
SM
MD
LG