Accessibility links

Türkiyə İraqın şimalına silahlı qüvvələrini göndərir


Türkiyə İraqın şimalına silahlı qüvvələrini göndərir
Türkiyə İraqın şimalına silahlı qüvvələrini göndərir

Türkiyə silahlı qüvvələri ölkənin cənub-şərqində və İraqın şimal bölgələrində kürd üsyançılarına qarşı hərbi əməliyyatlar aparır. Türkiyə-İraq sərhəddi yaxınlığında 24 əsgərin ölümü və 18 əsgərin yaralanması ilə nəticələnmiş hücumdan bir gün sonra keçirilən əməliyyatlarda silahlı qüvvələrin 10 min əsgəri iştirak edir. Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan silahlı qüvvələrin quruda və havada əməliyyatlar keçirdiyini bu gün bəyan edib. Televiziyada yayımlanan çıxışı zamanı baş nazir əməliyyatların terrorizmə qarşı əməliyyatların bir hissəsi olduğunu bildirib. Türkiyə hərbi qüvvələri komandanlığının verdiyi məlumata əsasən, 2008-ci ildən sonra ən böyük hərbi əməliyyatda 22 batalyon iştirak edir. Çərşənbə günü həyata keçirilmiş hücuma görə məsluyyəti fəaliyyəti qadağan olmuş PKK təşkilatı öz üzərinə götürüb.

XS
SM
MD
LG