Accessibility links

Türkiyədə bomba hücumunda bir kişi və bir qadın kürd üsyançısından şübhələnilir


Türkiyə rəsmiləri 37 nəfərin ölümü və 125 nəfərin yaralanmasına səbəb olan avtomobilə yerləşdirilmiş bomba hücumunda iki kürd üsyançıyaçı – bir kişi və bir qadından şübhələnir.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin baş nazir Əhməd Davutoğlu deyib ki, əldə edilmiş məlumatlar hadisənin fəaliyyəti qadağan olunmuş PKK təşkilatı tərəfindən törədildiyin işarə edir.

Davutoğlu deyib ki, rəsmilər partlayışın törədilməsində əli olduğundan şübhələnilən 11 nəfər saxlayıb.

Prezident Rəcəb Tayyip Ərdoğan terrorizmin səciyyələndirilməsinin Türkiyə qanununda dəyişildilməsinə çağırıb.

“Əlində silah gəzdirən və ya vəzifəsindən sui-istifadə edərək terrorçuların məqsədlərinə çatması üçün şərait yaradan şəxs arasında fərq yoxdur. Həmin şəxs alim, qanunverici, müəllif, müxbir və ya qeyri-hökumət təşkilatının rəhbəri ola bilər. Bütün bunlar həmin şəxsin terrorçu olması faktını dəyişmir” – deyə Rəcəb Tayyip Ərdoğan bildirib.

Ankarada partlayış ötən aydan bəri Türkiyə paytaxtında törədilmiş ikinci terror hücumudur. Hökumət rəsmiləri ötən ay baş vermiş hücumda da kürd yaraqlılarını günahlandırıb.

Türkiyə hərbi qüvvələri türk təyyarələrinin bazar ertəsi İraqın şimalında Kürd yaraqlılarının hədəflərinə 18 bomba atdığını bildirib.

Türkiyə eyni zamanda İŞİD tərəfindən də hücumlara məruz qalır. Oktyabr ayında Ankarada bomba hücumu sülhməramlı nümayişçiləri hədəf alıb. Hadisə nəticəsində 100-dən çox insan həyatını itirib.

Hücum 1923-cü ildən bəri Türkiyədə terror partlayışında çox sayda insanın həyatını itirdiyi ən qanlı hadisə hesab edilir.

XS
SM
MD
LG