Accessibility links

Türkiyədə torpaq sürüşməsi nəticəsində qızıl mədəninin azı 9 işçisi yerin altında qalıb


Türkiyənin şərqində baş verən torpaq sürüşməsi qızıl mədəninin azı 9 işçinın yerin altında qalmasına səbəb olub.

Sürüşmə yerli vaxtla saat 14:30 radələrində Türkiyənin dağlıq Ərzincan vilayətindəki Copler mədənində baş verib. Hadisə yerindən çəkilmiş videoda torpağın mədən işçilərinin olduğu vadi də daxil olmaqla, yolda olan hər şeyi apardığı göstərilir.

Daxili işlər naziri Əli Yerlikaya işçilərin itkin düşdüyünü təsdiqləyib və 400 nəfərin iştirak etdiyi axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Yerlikayanın bildirdiyinə görə, 2009-cu ildən özəl "Anagold Mining" şirkəti tərəfindən idarə olunan mədəndə 667 nəfər işçi heyəti çalışır.

"Biz bu hadisəni təcili araşdırmaq üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Bu, ağrılı bir vəziyyətdir. Hadisədən dərhal sonra bölgədəki əməkdaşlarımızla əlaqə saxladıq, fövqəladə hallar planımızı işə saldıq və aidiyyəti dövlət qurum və təşkilatlarına məlumat verdik" - deyə, "Anagold" açıqlamasında bildirib.

Torpaq sürüşməsi mədən ətrafında mühitinə də təsir göstərir. Geoloq Süleyman Pampal Habertürk agentliyinə sürüşməyə qarışan torpağın qızıl emalına məruz qaldığını, bunun isə bu torpaqda hasilat prosesində istifadə edilən siyanidin ola biləcəyi demək olduğunu bildirib.

Fırat çayı da mədənnin yaxınlığındadır və sürüşmə nəticəsində yaranan çirklənmənin qarşısı alınmazsa, bu, ətrafdakı canlılara zərər verə bilər.

Bu kimi qəzalar sürüşməyə həssas olan və son bir neçə onillikdə silsilə mədən qəzaları ilə üzləşən Türkiyədə nadir hal deyil. Keçən il Türkiyənin şimal-qərbində metan partlayışı nəticəsində 42 nəfər həlak olub.

Forum

XS
SM
MD
LG