Accessibility links

İstanbul valisi: Əbdülqadir Maşaripovun İŞİD-la əlaqəsi aydındır


Türkiyənin baş naziri Binəli Yıldırım Yeni il gecəsi İstanbuldakı gecə klubunda 39 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsin həbs edildiyi barədə xəbəri təsdiq edib.

"Yeni İl gecəsi çox sayda insanı qətlə yetirən alçaq terrorçu polisin keçən gecə İstanbulda həyata keçirdiyi əməliyyat zamanı ələ keçirilib. Hazırda həmin şəxs sorğu-sual edilir" deyə baş nazir bildirib.

Türkiyə mediası hücumçu Əbdülqadir Maşaripovun bazar ertəsi İstanbulun Esenyurt bölgəsində ələ keçirildiyini bildirmişdi.

İstanbul valisi Vasip Şahin bu gün bildirib ki, əslən Özbəkistandan olan və Əfqanıstanda təlim keçmiş Maşaripovun barmaq izləri ilə silahdakı barmaq izləri eynidir . Maşaripovun Türkiyəyə 2016-cı ilin yanvar ayında daxil olduğuna inanılır.

O həmçinin bildirib ki, hücumun İslam Dövləti qrupu adından həyata keçirildiyi aydındır. Militantlar hücumu Türkiyənin Suriyada hərbi əməliyyatları ilə əlaqələndirərək, məsuliyyəti öz üzərlərinə götürüb.

Əbdülkadir Masharipovun axtarışı zamanı 40 nəfərdən çox xarici vətəndaş həbs edilib.

XS
SM
MD
LG