Accessibility links

Somada ölənlərin sayı artır [Fotoqalereya]


Türkiyənin daş kömür mədənində baş verən qəzada ölənlərin sayı 283-ə çatdığı bir vaxt ölkənin həmkarlar ittifaqları ümummilli tətilə çağırıb. Yüz minlərlə üzvü olan Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası bir günlük tətilin mədən təhlükəsizlik standartlarının aşağı səviyyədə olmasına qarşı edildiyini bildirib.
Xilasetmə dəstələri çərşənbə axşamı Soma şəhərindəki daş kömür mədənində baş verən partlayış zamanı yerin altında sağ qalan şaxtaçıların axtarışını davam etdirir. Rəsmilər hələ də şaxtada davam edən yanğının orada qalan 120 nəfərin çıxarılmasına mane olduğunu deyir.

Xilasedicilər mədən işçilərinin tüstü və zəhərli qazdan xilas olmaq üçün şaxtadakı təhlükəsiz yerlərdə sığındıqlarına ümid edirlər.

Hökumət və daş kömür şirkəti 450-yə qədər şaxtaçının xilas edildiyini bildirir.
XS
SM
MD
LG