Accessibility links

Türkiyədə avtobus qəzaya uğrayıb


Türkiyə mediasının bildirdiyinə görə, ölkənin şərqində elektrik dirəyinə çirpilan mikro-avtobus yanıb və azı 17 nəfər ölüb, 36 nəfər yaralanıb.

Sənişinlərin bəziləri qəza zamanı, digərləri isə avtobusdan enərkən digər avtobuasun altında qalaraq vəfat edib.

Dövlət Anadolu xəbər agentliyi cümə axşamı İğdır-Qars magistral yolunda qəzaya uğrayan mikro-avtobusdakı sərnişinlərin İran sərhədindən qeyri-qanuni keçən Əfqanıstan, Pakistan və İran vətəndaşları olduğunu bildirib.

İğdır prokurorluğu hadisə ilə bağlı təhqiqata başladığı bir zaman rəsmilər dünyasını dəyişənlərin kimliyini müəyyən etməyə çalışır.

Miqrantları daşıyan digər 14 yerli mikro-avtobusda 50 sərnişin olub.

13 miqrant nəzarət altına alınıb.

Türkiyədə yol qəzaları adi hala çevrilib. 2017-ci ildə qəzalarda 3530 insan həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG