Türkiyə hökuməti məscidlərdə kütləvi namazı koronavirusa yoluxma riski keçməyənə qədər dayandırıb.
Jurnalistlərə açıqlama verən Ali Erbaş məscidlərin fərdi namaz üçün açıq qalacağını bildirib.
Türkiyəda bu günə qədər virusa yoluma sayı 18-ə çatıb. Ölüm halı qeydə alınmayıb. Bu barədə bazar ertəsi səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Hökumət virusun yayılmasının qarşısını almaq, məktəbləri və universitetləri bağlamaq, idman tədbirlərini tamaşaçısız keçirmək üçün tədbirlər həyata keçirib.
Bazar günü Səudiyyə Ərəbistanında həcc ziyarətindən Türkiyəyə dönən minlərlə müsəlman zəvvar koronavirusun yayılması ilə əlaqədar narahatlığa görə karantinə alınıb.
Hökumət geri dönənlərə fəal şəkildə karantinə aldığını açıqlayıb.
"Dünəndən bəri Ümrə ziyarətindən qayıdan bütün sərnişinlər tələbə yataqxanalarındakı fərdi otaqlarda karantinə alınır" - deyə, F.Qoca Twitterdə yoluxma şübhəsi olanlar test üçün xəstəxanaya aparıldığını qeyd edib.