Accessibility links

Türkiyənin hakim partiyası referendumda qalib gəldiyini iddia edir


Türkiyənin hakim partiyası konstitusiyaya düzəlişlərlə bağlı referendumda qələbə əldə etdiyini iddia edir.

Anadolu xəbər agentliyi səsvermə nəticələrinin 98 faizinin hesablanmasından sonra "hə" deyənlərin 51.3 faiz təşkil etdiyini bildirib.

Ərdoğanın tərəfdarları paytaxtda atəşfişanlıq keçirib.

Xarici işlər naziri Mevlüt Cavuşoğluya istinadən bildirilib ki, Türkiyədə hazırda yenilik yaşanır.

Referendumun tərəfdarları və onun əleyhinə olanlar arasında dərin parçalanma müşahidə edilir. İstanbulun Kadıköy rayonunsa səsvermə məntəqələrində ciddi fəallıq qeydə alınıb.

Kadıköy ənənəvi olaraq prezident Ərdoğanın əleyhinə olan rayondur.

Ərdoğan islahatların idarəçilik sistemini inkişaf etdirəcəyini, Türkiyənin terrorizm və yavaşayan iqtisadiyyatla mübarizəsinə yardım edəcəyini bildirir.

İstanbulun Üsküdar rayonunda səs verən Ərdoğan müxbirlərə referendumun dəstəklənəcəyinə ümid etdiyini, xalqının sürətli inkişaf tərəfdarı olduğuna inandığını bildirib.

Referendum günü Türkiyənin Diyarbəkr əyalətindəki seçki məntəqələrindən birində baş verən atışmada 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Rəy sorğuları "Hə" düşərgəsinin cüzi fərqlə irəlidə olduğunu göstərib. Amma Reuters-in apardığı sorğuda rəyi soruşulanların demək olar ki, əksəriyyəti demokratiyanın tərəfdarı olduqlarını və konstitusiya düzəlişlərinə heç bir ehtiyac olmadığını deyib.

XS
SM
MD
LG