Accessibility links

Türkiyə Rusiyanın Ukrayna ərazisinin ilhaqını rədd edir


Türkiyənin Xarici İşlər Nazirliyi şənbə günü Rusiyanın Ukraynada dörd bölgəni ilhaq etməsini rədd etdiyini bildirib və əlavə edib ki, bu qərar beynəlxalq hüququn “ciddi pozuntusu”dur.

NATO üzvü olan Türkiyə Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edəndən bəri diplomatik tarazlıq aktı həyata keçirib. Ankara Qərbin Rusiyaya sanksiyalarına qarşı çıxır və həm Moskva həm Kyiv ilə yaxın əlaqələri var. Ankara həmçinin Rusiyanın hərbi müdaxiləsini tənqid edib və Ukraynaya silahlı dronlar göndərib.

Türkiyə ordusu şənbə günü bildirib ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqını tanımayıb və əlavə edib ki, Rusiyanın Donetsk, Luhansk, Xerson və Zaporijyeni ilhaq etmək qərarını rədd edir.

“Beynəlxaq hüququn kök salmış prinsiplərini kobud şəkildə pozan bu qanun qəbuledilməzdir,” nazirlik bildirib.

Biz şiddəti artmaqda davam edən bu müharibənin danışıqlar yolu ilə əldə olunacaq ədalətli sülh əsasında həllinə dəstəyimizi təkrarlayırıq,” nazirlik əlavə edib.

Rusiya Prezidenti Vladimir Putin cümə günü bölgələrin ilhaq olunduğunu elan edib və Moskvanın “xüsusi hərbi əməliyyatda” qələbə çalacağına söz verib.

Onun bölgələrin ilhaq olunduğuna dair açıqlaması Rusiya Ukrayanın işğal olunmuş ərazilərində referendum adlandırdığı səsvermə keçirəndən sonraya təsadüf edib. Qərb hökumətləri və Kyiv səsvermərinin beynəlxalq hüququ pozduğunu və məcburi və həqiqi iradəni təmsil etmədiyini deyir.

Birləşmiş Ştatlar, Britaniya və Kanada cavab olaraq yeni sanksiyalar tətbiq ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG