Accessibility links

Türkiyə "erməni soyqırımı"nı müzakirə edən radiostansiyanın lisenziyasını ləğv edib


Türkiyənin media tənzimləyici orqanı olan Radio və Televiziya Üst Şurası (RTÜK) "erməni soyqırımı"nın efirdə qeyd edilməsinə görə, çərşənbə günü müstəqil radiostansiyanın yayım lisenziyasını geri alıb.

RTÜK 1995-ci ildə İstanbulda yayıma başlayan "Açık Radyo" radiosunun lisenziyasını ləğv etmək qərarına aprelin 24-də bir qonağın "erməni soyqırımı" ilə bağlı açıqlama verməsindən sonra gəlib.

Qonaq efirdə "[Bu gün] ermənilərin qırğınının, yəni Osmanlı torpaqlarında soyqırım adlandırılan deportasiya və qırğınların 109-cu ildönümüdür. Bilirsiniz, bu il erməni soyqırımının anım mərasimi də qadağan edilib" deyib.

ABŞ prezidenti Co Bayden aprelin 24-nü erməni soyqırımının anım günü kimi ilk dəfə 2021-ci ildə tanıyıb.

Türkiyə erməni soyqırımının və ya Osmanlı İmperiyası dövründə erməniləri yer üzündən silmək üçün düşünülmüş hər hansı planın olduğunu inkar edir.

Cərimə və cəzalar

May ayında RTÜK qonağın açıqlamasına görə radiostansiyaya təxminən 5800 dollar inzibati cərimə kəsib və iyunun 10-u 14-ü tarixlərində yayımını dayandırıb.

Tənzimləyicinin bildirdiyinə görə, "Açık Radyo" aprelin 24-də "irq, dil, din, cins, sinif, bölgə və dini nizama görə" ayrı-seçkilik, ictimai nifrət və düşmənçiliyə sövq etməklə, qanunu pozub.

ÇƏrşənbə günü keçirilən iclasda RTÜK-ün əksər üzbləri "Açık Radyo"nun lisenziyasını ləğv etməyin lehinə səs verib, çünki o, daha o, cərimə və proqramın dayandırılmasını nəzərdə tutan əvvəlki qərara riayət etməyib.

"Açık Radyo" bildirib ki, inzibati cəriməni hissə-hissə ödəməyi tələb edib və tələbi təsdiq olunandan sonra ilk ödənişi edib.

""Beləcə aydındır ki, bizim qanuna müqvimət göstərmək və ya bu qərarı qanunsuz yollarla pozmaq niyyətimiz yoxdur və biz yaxşı niyyətli bir yolda irəliləməyə çalışırıq," radio çərşənbə günü açıqlamasında bildirib.

Radiostansiya tənzimləyicinin qərarın qəbuledilməz hesab edir və qeyd edir ki, qonağın sözləri "danılmaz bir şəkildə ifadə və mətbuat azadlığı çərçivəsindədir."

RTÜK Amerikanın Səsinin şərh istəyinə cavab olaraq, Amerikanın Səsini adres və şəxsiyyət vəsiqəsi nömrəsi kimi şəsi məlumatları tələb edən forma doldurmağa yönəldib.

Radiostansiya qərarla bağlı apelyasiya şikayəti verəcək

Radiostansiya tənzimləyicinin qərarı ilə bağlı bildiriş alandan sonra onunla bağlı apelyasiya şikayəti verəcəyini bildirib.

"Açık Radyo" son 30 ildə olduğu kimi, yayımını eyni məsuliyyət və eyni universal jurnalistika prinsiplərinə uyğun olaraq davam etdirəcək," radiostansiya bildirib.

"Açıq Radyo"nun lisenziyasının ləğvinin əleyhinə səs verən RTÜK üzvü İlhan Taşçı deyib ki, radiostansiya qərarla bağlı bildirişi alandan sonra bağlanma riski ilə üzləşir.

Taşçı bildirib ki, məhkəməyə lisenziyanın ləğvinin əleyhinə qərar vermədiyi təqdirdə, radionun texniki cihazları RTÜK-ün bildirişi gələndən üç gün sonra möhürlənəcək.

"Qara ləkə"

Türkiyə Jurnalistlər Cəmiyyəti RTÜK-ün qərarını “Türkiyə mediası tarixində qara ləkə” adlandırıb.

"Cəmiyyətdə səs çoxluğunu, vətəndaşların məlumat almaq hüququnu və ictimai maraqları qorumalı olan RTÜK, "Açıq Radyo"nun lisenziyasını ləğv etməklə mətbuat azadlığını yenə də zədələdi. Jurnalistlərin və media qurumlarının vəzifəsi hökuməti məmnun etmək deyil,” assosiasiyanın bəyanatında deyilir.

"Demokratik bir cəmiyyətdə RTÜK-ün qeyri-mütənasib və həddindən artıq cəza verdiyi bu qərar məhkəmə tərəfindən ləğv ediləcək," - deyə dərnək əlavə edib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG