Accessibility links

Ərdoğan müttəfiqlərinin narahatlığı fonunda Putinlə əlaqələri dərinləşdirməyə çalışır


Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan cümə günü rusiyalı həmkarı Vladimir Putinlə əlaqələrin dərinləşdirilməsi məqsədi ilə telefon danışığı aparıb. Danışıqlar Türkiyənin NATO-daı bəzi tərəfdaşlarının onun Moskva ilə arasındakı münasibətlər və sadiqliklə bağlı artan narahatlığını daha da artıracağı kimi qiymətləndirilir.

Telefon söhbəti ilə bağlı məlumat Ərdoğanın ofisindən verilən şərhdə bildirilib.

Bildirildiyinə görə, Türkiyə Prezidenti Ukraynadakı münaqişənin sülh yolu ilə həlli istiqamətində işləməyə hazır olduğunu bir daha bəyan edib. Söhbət Ərdoğanın son bir neçə ayda Putinlə üç dəfə təkbətək görüşündən sonra olub.

Türkiyə liderinin əlaqələri dərinləşdirmək səyləri, eləcə də Qərbin Rusiyaya qarşı sanksiyalarını tətbiq etməkdən imtina etməsi Türkiyənin Qərb tərəfdaşlarına və NATO-ya sadiqliyi ilə bağlı sualları artırıb.

Lakin Türkiyə prezidentinin müşaviri, İstanbul Yeditəpə Universitetinin professoru Məsut Casin qonşular arasında belə danışıqların normal olduğunu deyib.

"Türkiyə NATO üzvüdür və bundan sonra da belə olacaq və bu, Türkiyə üçün çox vacibdir. NATO alyansı bir şey, Türkiyənin Rusiya ilə münasibəti başqa şeydir. Onlara iki ayrı məsələ kimi baxmaq lazımdır. Rusiya bizim qonşumuzdur və biz onunla yaxşı əlaqələr saxlamalıyıq. Türkiyənin Ukrayna ilə bağlı neytrallıq siyasəti NATO-nun xeyrinədir" - deyə, Məsut Casin bildirib .

Ankara Ukrayna ilə də sıx əlaqələr saxladığını və Ukraynaya hərbi texnika, o cümlədən pilotsuz təyyarələr tədarükünü davam etdirdiyini təkid edir. Ərdoğan iddia edir ki, Moskva və Kyivlə bu cür təmaslar ona BMT-yə Rusiya tərəfindən blokadaya alınmış Ukrayna taxılının dünya bazarlarına çıxmasına imkan verən sövdələşmədə vasitəçilik etməkdə yardım etməyə imkan verib. Bu müqavilə noyabr ayında yenilənəcək.

XS
SM
MD
LG