Accessibility links

Türkiyə və Rusiyada təbii fəlakət onlarla insanın ölümünə səbəb olub


Qara dəniz ətrafındakı bölgələrdə leysan yağışların səbəb olduğu daşqınlar Türkiyədə onlarla insanın ölümünə və Rusiyanın cənubunda yüzlərlə insanın təxliyə edilməsinə səbəb olub.

Türkiyənin Qara dəniz boyunca yerləşən Bartın, Kastamonu və Sinop əyalətlərində daşqınlar onlarla ev, bir neçə yol və körpünü dağıldığb və yüzlərlə kənddə elektrik enerjisi kəsilib.

Şənbə günü bildirilib ki, Türkiyədə sel nəticəsində ölənlərin sayı ən az 57 nəfərə çatıb.

Türkiyənin fövqəladə hallar və təbii fəlakətlər agentliyinin rəsmiləri bildiriblər ki, ən azı 8 nəfər xəstəxanaya yerləşdirilib. Şənbə günü Kastamonuda danışan Daxili İşlər naziri Süleyman Soylu ölənlərdən 15-nin şəxsiyyətinin müəyyən edilmədiyini deyib.

Ordu rəsmiləri şənbə günü bildiriblər ki, Qara dəniz boyunca güclü yağışlar Rusiyanın cənubunda geniş yayılmış daşqınlara səbəb olub və Krasnodar bölgəsində 1500 -dən çox adam, o cümlədən yay düşərgələrindən olan təxminən 1000 uşaq evakuasiya edilməyə məcbur olub.

Bu həftə ərazini bürümüş fırtına və leysan yağışlarından sonra 1400 -dən çox evi su basmışdı.

Rusiyanın regional təcili qərargahından verilən məlumata görə, 11 yaşayış məntəqəsinin təxminən 108 min sakini elektriksiz qalıb. Rəsmilərin bildirdiyinə görə, Qara dənizdəki kurort şəhəri Anapa ən çox zərər çəkənlərdən biridir.

Bölgədə daha iki gün davam edəcək güclü yağış gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG