Accessibility links

Ərdoğan müharibədən sonra Qəzzanın gələcəyində mühüm rol oynamaq istəyir


Ərdoğan müharibədən sonra Qəzzanın gələcəyində mühüm rol oynamaq istəyir
please wait

No media source currently available

0:00 0:02:57 0:00

İsrail qüvvələri Qəzza zolağının əsas əhali mərkəzinə yaxınlaşdığı və atəşksələ bağlı beynəlxalq təzyiqlər artdığı bir vaxtda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinli anklavın müharibədən sonrakı gələcəyində əsas rol oynamağı nəzərdən keçirir. Ancaq təhlilçilər xəbərdarlıq edib ki, Ərdoğanın HƏMAS-a qəti dəstəyi İsrailin müqavimətinə təkan verəcək.

İsrail qüvvələri Qəzza zolağında ən son şəhərə hücum etməyə hazırlaşdığı və atəşkəslə bağlı beynəlxalq səylər aparıldığı bir vaxtda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Qahirəyə səfəri zamanı müharibədən sonra Qəzzada həlledici rol oynamaq istəyini açıq şəkildə bildirib.

“Qəzzada axan qanın durması üçün misirli qardaşlarımızla əməkdaşlıq və həməryliyimizi davametdirəcəyik. Orta müddətdə Qəzzanın bərpa olması və yenidən qurulması üçün Miairlə işləməyə hazırıq,” Ərdoğan deyib.

Türkiyənin xaricdə çətin mühitlərdə işləmək təcrübəsinə malik böyük bir tikinti sənayesi var, lakin analitiklər deyirlər ki, Ankaranın yenidənqurmadan başqa bir rol oynamaq niyyəti də ola bilər.

“Türkiyə hökuməti artıq Qəzzanın yenidən qurulmasında çox maraqlı olduğunu açıq şəkildə bəyan edib. Bunu yalnız onların edib-etməyəcəyi isə başqa sualdır və maliyyələşdirməni kimin etməsindən asılı olacaq. Amma sülhməramlı qüvvələrə də ehtiyac ola bilər. Demək istədiyim odur ki, təhlükəsizliyi təmin etmək lazımdır və Türkiyə bəlkə orada rol oynaya bilər. Çünki o, ilk növbədə təcrübəyə malikdir,” Kadir Has Universitetindən Soli Özer deyir.

Ərdoğan HƏMAS-ın sadiq dəstəkçisidir və onu azadlıq həkərat kimis təsvir edir, İsrail Baş naziri Benyamin Netanyahunu isə terrorçu adlandırır. Analitiklər deyir ki, bu, iki lider arasında əməkdaşlığı çətinləşdirəcək, bəlkə də hətta qeyri-mümkün edəcək. Ancaq onlar deyir ki, İsraildə Netanyahunun koalisiya hökumətinə qarşı etirazlar artdığı bir vaxtda, Ərdoğan dəyişən siyasi mənzərəyə arxalana bilər.

“O, gələcəyi elə görür ki, Netanyahu bir şəkildə hakimiyyətdə olmayacaq, amma HƏMAS qalacaq. Yəni– “HƏMAS qaldığında mən doğru tərəfdə olacağam və HƏMAS-la danışıqlar aparılacaq,” Politikyol-dan Sezin Öney deyir.

Ancaq HƏMAS-ın oktyabrda İsrailə hücumunun miqyası və Ərdoğanın HƏMAS-a dəstəyinin uzun tarixçəsi, bəzi analiktikləri Türkiyənin İsraillə münasibətlərindəki zərərin Türkiyə və İsrail liderləri arasında ədavətdən daha böyük olması barədə xəbərdarlıq etməyə vadar edir.

“İsraildə həm müharibəyə reaksiyasına, həm də HƏMAS-ın Türkiyə torpaqlarında gördüyümüz kimi davam edən bütün bu fəaliyyətinə görə Türkiyəyə qarşı çoxlu şübhələr var. Məncə, heç vaxt “heç vaxt” demək olmaz, amma xaricdən baxanda İsrailin Qəzzadan sonrakı mexanizmdə Türkiyənin iştirakını qəbul etməsi çox çətin olacaq,” Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Qallia Lindenstrauss bildirir.

Qətər və Misir müharibəyə son qoyma səylərinə başçılıq etdiyi bir vaxtda analitiklər deyir ki, Ərdoğan özünü mühüm oyunçu kimi təsdiqləmək üçün potensial post-müharibə vəziyyətini izləyir. Ancaq onlar deyir ki, bunun üçün İsrailin Türkiyəyə qarşı inamsızlığının aradan qaldırılması tələb olunur.

Forum

XS
SM
MD
LG