Accessibility links

İqtisadi durum Türkiyə seçkilərinin nəticəsini müəyyən edə bilər


Türkiyədə gözlənilmədən hesab defisitlərinin artması ümumilli seçki kampaniyası aparan hakim İnkişaf və Ədalət Partiyası üçün (AKP) üçün xoşagəlməz nəticələr verə bilər. Ölkə iqtisadiyyatı tənəzzül yaşayır, milli valyuta rekord dərəcədə dəyər itirib, istehlakçı etimadı azalıb. Müxalifət seçkiqabağı kampaniyalarında iqtisadi durumu ön platformaya çəkib. Vəziyyət AKP-nin çətin bir seçkilərlə üzləşəcəyinə işarədir.

İxracın ciddi şəkildə düşməsi Türkiyənin baş naziri Əhməd Davutoğlu üçün də pis bir xəbərdir. Türk lirəsinə təzyiqləri artıra biləcək bu xəbər iyun ayı seçkilərində baş nazir üçün olduqca vaxtsız hesab edilir.

Əhməd Davutoğlu
Əhməd Davutoğlu

İnkişaf və Ədalət Partiyasının zəfərini iqtisadi inkişaf təmin etmişdi. İstanbulda yerləşən Finansbank-ın baş iqtisadçısı İnan Dəmir iqtisadi durumun dərin narahatlıqlar doğurduğunu bildirib.

"Tənəzzül 2015-ci ildə intensivləşib. İstehlakçılar və bizneslər böyük məsrəflərdən çəkinir. İstehlakçı və bizneslərin etimadı çox aşağıdır. İlin əvvəlindən bəri valyuta dəyər itirməkdədir. İnflyasiya böyük narahatlıqlar yaradıb."

AKP-nin iqtisadi çətinliklərinə ərzaq qiymətlərinin artması da əlavə olunub. Ölkə mətbuatında ərzaq qiymətlərindən şikayətlərlə bağlı çoxsaylı məqalələr dərc olunur.

İnflyasiya böyük narahatlıqlar yaradıb

​İşsizlik göstriciləri də yüksəkdir. İqtisadi artımın 2 faiz təşkil etməsinə baxmayaraq, yeni iş yerlərinin açılışı üçün 5 faiz artıma ehtiyac var.

Qlobal Mənbə Tərəfdaşlığı şirkətinin məsləhətçisi Atilla Yeşilada işsizliyin artmasının AKP-yə seçkilərdə çətinlik yaratmayacağını deyir.

"AKP rəsmi və qeyr-rəsmi yollarla rifah dövləti yaratmaq imeci qazanıb. İşsizliyin təsiri olsa da, ağrısı hiss edilməyəcək. Lakin vəziyyət orta sinif, ticarətçilər və kiçik bizneslərin narahatlığını artırmaqla onların daha yaxşı vədlər verən Cümhuriyyət Xalq Partiyasına üz tutmağa vadar edəcək."

AKP
AKP

Müxalif CHP seçkiqabağı kampaniyalarında iqtisadiyyata önəm verir və əvvəllər olduğu kimi AKP-nin islamçılığı ilə mübarizə aparmır. Bu strategiya artıq işləməyə başlayıb. Bu, İstanbulun Koç Universitetinin baş tədqiqatçısı Əli Çarkoğlunun fikridir.

"İqtisadiyyat həmişə narahatlıq mövzusu olub. İndi də belədir. AKP hələ də iqtisadiyyatın effektiv aparıcısı hesab edilir. Lakin onu dəstəkləyənlərin sayı azalır, müxalifət partiyalarına dəstək artır. "

Türkiyənin iqtisadiyyat proqramının memerı kimi tanınan Kemal Dervişin CHP sıralarına qoşulması müxalifət partiyasının nüfuzunu artırıb. Təhlilçilər ilk dəfə AKP-nin iqtidarda qalacağına şübhə ilə yanaşır.

XS
SM
MD
LG