Accessibility links

Türkiyənin Suriyanın İdlib vilayətindəki qüvvələri hədəf alınıb


Türkiyənin Suriyanın İdlib vilayətindəki qüvvələrinə qarşı hücumun məsuliyyətini kiçik bir islamçı qrup üzərinə götürüb.

Ənsar Əbu Bəkr Əl-Siddiq eskadronunun bildirdiyinə görə, hədəf Türkiyənin hərbi postları olub.

“Əbu Bəkr Əl-Siddiq eskadronunun snayper vzvodu İdlibin şimalındakı Batbo qəsəbəsi yaxınlığında yerləşdirilən ‘Türk NATO’ hərbi hissəsinin əsas bazalarından birini hədəf alıb” - deyə, ekstremist qrupun sosial mediada paylaşdığı bəyanatda bildirilib.

Hücum 3 əsgərin yaralanmasına səbəb olub. Bu haqda xəbər agentlikləri məlumat yayıb.

Türkiyə hökuməti tərəfindən bu məlumat təsdiqlənməyib.

İdlib Suriya Prezidenti Bəşər Əsəd hökumətinə qarşı qüvvələr tərəfindən nəzarət edilən son böyük istehkamdır.

Həyat Təhrir Əl-Şəm (HTS) İdlibdə mövcud olan ən güclü islamçı qrupdur, lakin Əl-Qaidə ilə əlaqəli digər qruplar və Türkiyənin dəstəklədiyi üsyançılar da Suriya anklavında əhəmiyyətli rola malikdir.

Əvvəllər ən-Nüsra Cəbhəsi kimi tanınan HTS ABŞ tərəfindən terror təşkilatı adlandırılıb

Rusiya ilə deeskalasiya razılığına əsasən Türkiyə qüvvələrini İdlibə yerləşdiirib. Və üsyançıların nəzarətində olan bölgədə hərbi postlar salıb.

Rusiya Əsəd hökumətinə dəstək verir. Türkiyə isə rəqib qruplara arxa durur.

2020-ci ilin avqust ayında təsis edilən Ənsar Əbu Bəkr Əl-Siddiq qrupu İdlibdə Türkiyə qüvvələrinə qarşı digər 3 hücumun da məsuliyyətini üzərinə götürüb.

Ekspertlərin fikrincə, ekstremist qrup Suriyanın şimal-qərbindəki cihadçılar arasında HTS və Türkiyəyə açıq şəkildə qarşı çıxan bir tendensiyanı təmsil edir.

"Onlar Suriyanın müsəlman torpaqlarının mürtədlərin işğalı altında olduğunu düşünürlər”- deyə, İngiltərənin Swansea Universitetinin suriyalı tədqiqatçısı Aymenn Cavad Əl-Tamimi bildirib.

Qrupun Əl-Qaidə və ya İslam Dövləti terror qruplarına heç bir bağlılığı olmasa da, liderləri Suriyada sərt bir islamçı dövlətin qurulmasını təbliğ edir.

"Xəyal əl-Manhacın əsərləri bu cərəyanları dəstəkləyən Ənsar Əbu Bəkr Əl-Siddiqin əsas nəzəriyyəçisi kimi qəbul edilir", Əl-Təmimi Amerikanın Səsinə bildirib.

Ənsar Əbu Bəkr Əl-Siddiqin neçə döyüşçünün olduğu bəlli deyil, lakin ekspertlər onun üzvlərinin əksəriyyətinin HTS və Əl-Qaidə ilə əlaqəli qruplardan fərarilər olduğunu düşünür.

Son aylar İdlibdə Türkiyə ilə Rusiya arasında 2020-ci ilin martında əldə edilmiş yeni atəşkəs razılaşmasına qarşı çıxan bir neçə digər islamçı qruplaşma da meydana çıxıb.

Onların hücumları ilk növbədə strateji M4 magistral yolunda Rusiya-Türkiyə müştərək patrullarını hədəf alıb.

XS
SM
MD
LG