Accessibility links

Türkiyə hava məkanını Suriyadan bütün uçuşlar üçün bağlayır


Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu addımın Suriyanın mülki uçuşlardan hərbi avadanlığın nəqli məqsədilə istifadəsinə cavab olaraq atıldığını deyib

Türkiyənin Xarici işlər naziri Əhməd Davutoğlu ölkənin hava məkanının Suriyadan bütün mülki uçuşlar üçün bağlandığını bildirib. Assoşieyted Press agentliyi Əhməd Davutoğluya istinadən Türkiyənin bu addımı Suriya rejiminin mülki uçuşlardan hərbi avadanlığın nəqli məqsədilə istifadə etdiyinə cavab olaraq atdığı haqda məlumat verib.

Türkiyə xarici işlər naziri Suriyanın şənbə günü bu qərarla bağlı xəbərdar edildiyini deyib.

Şənbə günü Suriya hava məkanını Türkiyədən mülki uçuşlar üçün bağladığını bildirmişdi. Suriya hökuməti bu qərarı Türkiyənin Moksvadan Dəməşqə uçan sərnişin təyyarəsini Ankara hava limanında enməyə məcbur edərək oradan hərbi avadanlığı müsadirə etməsindən sonra verib. Suriya hökuməti təyyarədə hərbi avadanlığın olduğunu inkar edir.

İnsident Türkiyə və Suriya arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olmuşdur. Türkiyə sərhəd bölgəsinin Suriyadan artilleriya atəşinə tutulmasına cavab olaraq 900 kilometrilik sərhəd boyu tank patrulu yerləşdirib. Rəsmi Ankara Türkiyə ərazisinə qarşı yönəlmiş təhlükələrə cavab verəcəyi ilə hədələyib.
XS
SM
MD
LG