Accessibility links

Türkiyədə ümummilli tətil elan edilib


Türkiyənin paytaxtı Ankarada ümummilli tətildən öncə etiraz aksiyaları davam etdirilib. Həmkarlar İttifaqları nümayişçilərə dəstək məqsədi ilə birgünlük tətil elan edib. Tətilin Türkiyənin gündəlik həyatına necə təsir edəcəyi bəlli deyil.

Bu arada, Türkiyə hökumətinin bildirdiyinə görə, bir sıra şəhərdə keçirilən zorakı etiraz aksiyalarının dayandırılmasına ordu cəlb edilə bilər.

Baş nazir müavini Bülent Arınc deyib ki, polisin gücü çatmasa, Türkiyənin Silahlı Qüvvələrinin bəzi elementləri əməliyyatlarda iştirak edəcək.

Dünən gecə polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayişçilərə qarşı sərt mövqeyi dəyişməz olaraq qalır.

Dünən baş nazir on minlərlə tərəfdarı qarşısında çıxış edərək deyib ki, iki həftəlik etirazlar terrorçuların əməlidir. Baş nazir diktatorluq nümayiş etdirdiyinə dair fikirləri rədd edib. O deyib ki, xarici medianın hadisələri necə təsvir etməsi onun beynəlxalq imecinə xələl gətirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG