Accessibility links

Türkiyə Rusiyanın sanksiyalardan yayınması ilə əlaqədar suallarla üzləşir


Türkiyə Rusiyanın sanksiyalardan yayınması ilə əlaqədar suallarla üzləşir
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Türkiyə Rusiyanın sanksiyalardan yayınması ilə əlaqədar suallarla üzləşir

Türkiyə rəsmiləri Rusiya bayrağı altında üzən yük gəmisini saxlayıb. Kyiv gəmini oğurlanan taxıl daşımaqda ittiham edib. Gəmidəki yük Türkiyənin Qara Dənizdə yerləşən və dünya bazarlarına çıxış yolu olan İstanbulun Bosfor su keçidi yaxınlığındakı Karasu limanında araşdırılır. Təhlilçilər gəminin saxlanılmasını Ukrayna üçün mühüm jest hesab edirlər.

“Ukrayna hələ də müstəqil dövlətdir, müharibə şəraitindədir, amma müstəqildir. Onların Türkiyə hökumətindən bu gəmilərə nəzarət etməsinə dair tələbləri doğrudur və Türkiyə də buna müvafiq qaydada tədbir gördü. Çünki ortada bir ittiham və Türkiyənin Ukraynanın iddia etdiyi kimi qanunsuz olan bu duruma son qoyması üçün tələb var,” Xarici Siyasət İnstitutundan Hüseyn Bağcı deyir.

Ötən ay Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Türkiyə şirkətlərini Ukrayna taxılını almaqda günahlandırıb.

Türkiyənin yük gəmisi bu yaxınlarda Moskva ilə danışıqlar nəticəsində Ruisyanın işğalı altında olan Ukaryna limanını tərk edə bilib. Gəminin taxıl daşıyıb-daşımadığı bəlli deyil. Ancaq beynəlxalq media Rusiyanın işğalı altında olan Ukraynadan taxılın Türkiyə tərəfindən idxal olunduğunu xəbər verməyə davam edir. Ankara bu ittihamı kəskin şəkildə rədd edir.

“Biz bütün iddialara ciddi yanaşırıq və ciddi şəkildə araşdırırıq. Və biz hər zaman nəticələri Ukrayna tərəfi ilə bölüşürük,” Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyir.

Ankara Rusiyaya Qərbin sanksiyalarını tətbiq etməkdən imtina edir.

Türkiyə bankları Türkiyənin asılı olduğu rus turisləri daha çox cəlb etmək məqsədilə Rusiyanın Mir ödəniş sisteminə qoşulub. Moskva bu sistemdən beynəlxalq kredit kartlarına tətbiq olunan qadağadan yan keçmək üçün istifadə edir.

Bu addımlar Türkiyənin maliyyə sanksiyalarının pozulmasındakı rolu ilə bağlı geniş narahatlıqları artırır.

“Türklər düşünür ki, biz sanksiya rejiminə qoşula bilmərik. Mən müxtəlif Türkiyə hökumət rəsmilərindən eşitmişəm ki, onlar əslində bunu pul qazanmaq fürsəti olaraq görürlər,” Bluebay Aktivlərin İdarə Edilməsi şirkətindən Timoti Aş deyir.

ABŞ-ın maliyyə nazirinin müavini Valli Adeyemo Rusiyaya qarşı sanksiyaların tətbiqini müzakirə etmək üçün iyun ayında Ankaraya səfər edib. Analitiklər xəbərdarlıq edir ki, Türkiyə Vaşinqton tərəfindən ikinci dəfə sanksiyalara məruz qala bilər.

Ancaq Ankara deyir ki, sanksiyaların tətbiq olunması Türkiyənin Kyivlə Moskva arasında vasitəçilik səylərini təhlükəyə ata bilər.

“Qərb müttəfiqləri arasında belə qəbul olunub ki, Türkiyə Rusiya ilə münasibətləri kəsmək fikrində olmadığı üçün bu balanslaşdırma aktında iştirak edir və Rusiya ilə Qərb arasında strateji balanslaşdırmanı həyata keçirəcək. Və Türkiyə Qara dəniz, türk boğazları səbəbilə geosiyasi baxımdan çox önəmli olduğu üçün ona qarşı tolerantlıq var,” Avropa Xarici Əlaqələr Şurasından Aslı Aydıntaşbaş deyir.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, o, ərzaq qiymətlərinin artmaqda davam etdiyi bir vaxt, ilişib qalan Ukrayna taxılının ixrac olunmasını təmin etmək üçün Ukrayna və Rusiya liderləri ilə danışıqlar aparacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG