Accessibility links

İsrail-HƏMAS müharibəsinin diplomatik həlli yolunda Türkiyənin rolu


İsrail-HƏMAS müharibəsinin diplomatik həlli yollarında Türkiyənin rolu
please wait

No media source currently available

0:00 0:03:45 0:00

İsrail-HƏMAS müharibəsinin diplomatik həlli yolunda Türkiyənin rolu

Son vaxtlara qədər müşahidəçilər Vaşinqtonun İsrailin HƏMAS-la müharibəsinin diplomatik həlli yollarında səylərdə Türkiyəni kənarda qoyduğunu düşünürdü. Amerikanın Səsinin müxbiri Dorian Consun İstanbuldan verdiyi məlumata görə, ABŞ dövlət katibi Antoni Blinkenin son günlərdə Türkiyəyə səfəri bunun dəyişdiyinə işarə edir.

Müşahidəçilər dövlət katibi Antoni Blinkenin Yaxın Şərqə son regional səfərini Türkiyənin xarici işlər naziri və Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşlərlə başlamaq qərarının simvolik məna daşıdığını hesab edir.

Təflilçilərin dediyinə görə, Ərdoğanın HƏMAS-a dəstəyi ilkin olaraq Vaşinqtonun İsrail-HƏMAS müharibəsinin həlli yolunda Ankaranı böyük ölçüdə kənarda qoymasına səbəb olub.

Lakin Blinkenin Türkiyəyə səfəri bu ölkənin rolunun ola biləcəyini göstərir. Brukinqs İnstitutundan Aslı Aydıntaşbaş: "HƏMAS-ı Fələstin administrasiyası ilə işləməyə inandırmaq, polis fəaliyyəti və terrorla mübarizə, hətta Qəzza üçün bir növ əsas idarəetmə strukturunu təmin etmək üçün Türkiyə diplomatiyasına və Türkiyənin təsir vasitələrinə ehtiyac ola bilər. Düşünürəm ki, orada Türkiyənin rolu olacaq. Digər tərəfdən, fikrimcə, administrasiya Türkiyəni kənarda saxlamağın Ərdoğanın tonunu yumşaltmayacağını anlayıb".

Vaşinqton və Ankara müharibənin Yaxın Şərq boyu yayılması ilə bağlı narahatlıqları da bölüşür. Lakin Blinkenin İstanbulda apardığı danışıqlarda NATO üzvü Türkiyənin İsveçin hərbi alyansa qoşulmaq ərizəsini ratifikasiya etməməsi də diqqət mərkəzində olub.

Ərdoğan ABŞ Konqresinin Amerikanın "F-16" hərbi təyyarələrinin satışını təsdiq etməsində israr edir. Lakin Vaşinqton deyir ki, əvvəlcə Ankara İsveçin üzvlüyünü ratifikasiya etməlidir.

Təhlilçilər Ankaranın prezident Co Baydenin Konqresi Ukraynaya hərbi yardımı davam etdirilməyə inandırmaqdakı çətinliklər nəzərə alınarsa, bunu edə bilib-bilməyəcəyinə şübhə ilə yanaşdığını deyirlər. PolitikYol-dan Sezin Öney: "Bayden Türkiyə üçün Senat və Nümayəndələr Palatasına təzyiq göstərə bilməz. Demək istəyirəm ki, o, Ukrayna məsələsində bunu edə bilmir, burada çətinlik çəkir. Elə isə bunu heç bir şeyi yerinə yetirməyən, üstəlik HƏMAS-ı dəstəkləyən Türkiyə üçün bunu necə edə bilər".

Müşahidəçilər deyirlər ki, Blinken çox güman ki, Ərdoğana çıxılmaz vəziyyətin davam etdiyi müddətdə, ABŞ Konqresində Türkiyəyə qarşı antaqonizmin bir o qədər artacağı barədə xəbərdarlıq edib.

İsveçin NATO-ya üzvlük haqda müraciətinin ratifikasiyası Ankaraya təkcə Vaşinqtonla deyil, həm də Avropa İttifaqı ilə mühüm diplomatik təsir vasitələri verir. Eyni zamanda təhlilçilər xəbərdarlıq edirlər ki, ratifikasiyanı gecikdirməklə, Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə əlaqələrinə görə NATO müttəfiqləri Ankaranın göstərdiyi səbəbləri şübhə altına alacaq.

İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzindən Sinan Ülgen: "Tənqid ondan ibarətdir ki, Türkiyə bunu Türkiyə ilə Rusiya arasında Macarıstanın da daxil olduğu NATO-nun genişlənməsini əngəlləmək və ya təxirə salmaq barədə razılaşma olduğunna görə edir. Fikrimcə, bu düzgün baxış deyil. Türkiyə bunu öz maraqları üçün və milli maraqları üçün maksimum çıkarlar əldə etmək üçün edir".

Türkiyə parlamentinin bu ayın sonunda yenidən toplanacağı bir vaxt Vaşinqton İsveçin NATO-ya üzvlüyə müraciəti ilə bağlı erkən səsvermə üçün təzyiq göstərir.

Forum

XS
SM
MD
LG