Accessibility links

F-16 sövdələşməsi Türkiyənin NATO-nun genişlənməsini dəstəkləməsindən asılıdır


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun çərşənbə günü dövlət katibi Antoni Blinkenlə Vaşinqtonda keçiriləcək görüşü zamanı Türkiyə ordusunun Suriyanın şimalında növbəti əməliyyatı üçün ABŞ-dan F-16 döyüş təyyarələri satışının gündəmdə olacağı gözlənilir.

Analitiklərin fikrincə, istənilən F-16 müqaviləsi Türkiyənin NATO-nun genişlənməsinə vaxtında verdiyi dəstək və Suriyanın şimalında heç bir hərbi əməliyyat keçirməməsi ilə bağlı olacaq.

Türkiyə 2021-ci ildə ABŞ-dan 40 ədəd F-16 təyyarəsi və 80-ə yaxın modernləşdirmə dəsti almaq üçün rəsmi olaraq müraciət edib. Bayden administrasiyasının rəsmiləri satışı Konqres tərəfindən təsdiq olunmaq şərti ilə dəstəklədiklərini bildirib.

The Wall Street Journal-ın keçən həftə bildirdiyinə görə, administrasiya 20 milyard dollarlıq satışın təsdiqi üçün Konqreslə məsləhətləşmələrə hazırlaşır.

Wilson Center-in Yaxın Şərq Proqramının rəhbəri Ceyms Ceffri Konqresin hər hansı dəstəyinin NATO üzvü olan Türkiyənin iki məsələdə əməkdaşlığından asılı olacağında iddia edir - Suriyanın şimalına hərbi müdaxilə etməmək, Finlandiya və İsveçin NATO-ya qəbuluna mane olmamaq.

"Senatdakı müxalifət çox güman ki, administrasiyanın yüksək səviyyəli rəsmilərindən təhlükəsizlik arqumentlərini nəzərə almalarını tələb edəcək. Onların o qədər də irəli getməyə hazır olub-olmamasından əmin deyiləm, lakin mənim fikrimcə, əgər biz bu iki məsələdə hər hansı addımın atıldığını görməsək, onların Türkiyəyə F-16 almasına yardım edəcəklərini təsəvvür edə bilmirəm" - deyə, o, Amerikanın Səsinə bildirib.

NATO-nun 28 üzvü artıq İsveç və Finlandiyanın alyansa qəbulunu ratifikasiya edib. Türkiyə və Macarıstan isə etməyib. Macarıstan bunu fevralın əvvəlində edəcəyini və Türkiyəni yalnız qoyacağını bildirib.

Türkiyə Finlandiyanın və xüsusilə də İsveçin Ankaranın 2016-cı ildə dövlət çevrilişinə cəhdin arxasında durmaqda ittiham etdiyi kürd yaraqlılarına və "Gülən" hərəkatının üzvlərinə qarşı sərt tədbirlər görməsini gözləyir.

XS
SM
MD
LG